Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacı Əbdül: "Mübariz Qurbanlı vəhhabilərin yolunu gedir"

“Mən qadağalar olmasının əleyhinəyəm. Sovet vaxtı, allahsızların at oynatdığı zamanlarda belə Islami adət-ənənələri sıradan çıxara bilmədilər, yas mərasimləri, Məhərrəmlik ayı oldu. Indi yas mərasimlərinə qadağa qoymaq yaxşı əlamət deyil”.

Simsar.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinə “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül yas mərasimlərinə qadağa qoyulmasına münasibət bildirərkən deyib. O daha sonra Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını ittiham edib: “Keçən həftə Dini Komitənin sədri Mübariz Qurbanlı Yasamal rayonunda din adamları ilə görüş keçirdi, mən də orda idim. Dedi, rayonlara yas mərasimlərinə getmək, başsağlığı vermək lazım deyil. Mən çox təəccübləndim. Necə yəni, yas uzaq rayondadırsa, getmək lazım deyil? O, bir şeyi bilmir ki, hüzr yerinə getmək, hüzr sahibinin yanında olmaq ona təskinlik verməkdir, arxa-dayaq olmaqdır. Mən təəccübləndim və belə qənaətə gəldim ki, bu adam vəhhabilərin yolunu gedir. Vəhhabilər də deyir ki, adam öldü, dəfn elə, başqa heç nə lazım deyil, nə yas məclisi qur, nə yad elə, nə qəbir üstə get. Bu mənada mən çox təəssüflənirəm ki, dindən başı çıxmayan adamları gətirib rəhbər qoyurlar”.






27 Sentyabr, 2014  09:39 Baxılıb: 2596 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner