Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İngiltərədən müharibə qərarı - “İLLƏRLƏ DAVAM EDƏCƏK”

İngiltərə Baş Naziri Devid Kameron, parlamentdən İraqa hücum icazəsi alıb. Müharibənin aylar yox, ilələrlə davam edə biləcəyini vurğulayan baş nazir, hava hücumlarının Suriyaya da keçə biləcəyini xatırladıb.

Keçən il Suriya rejimi kimyəvi silahdan istifadə etdikdən sonra, məclisdən Suriyaya hava hücumu icazəsi ala bilməyən David Kameron, İraq üçün dəstək ala bilib.

İŞİD-ə qarşı ABŞ tərəfindən qurulan koalisiya çərçivsində hava hücumlarında iştirak etmə qərarı məclisdə 43 rəd səsinə qarşı 524 “hə” səsi toplayıb. Toplantıda çıxış edən Kameron, mövcud durumun 2003-dəki İraq işğalından fərqli olduğunu bildirib. Qeyd edək ki, İraqın işğalı zamanı 6 illik müdətdə 179 Britaniya vətəndaşı həlak olmuşdu.

Qırıcılar Kiprdə gözləyir

“Psixopat terroristlərə qarşı” İngiltərənin hərəkətə keçməli olduğunu deyən Kameron, “Bu döyüşlər illərlə davam edəcək. Bizə səbr və davamlılıq lazımdır, şok və dəhşət yox” deyə bildirib. Kameron hücumların Suriya torpaqlarına da keçə biləcəyini vurğulayıb.

Bu günə qədər isə İŞİD mövqelərini Frans ilə birlikdə vuran ABŞ, Suriyada 5 ərəb ölkəsiylə birgə hərəkət edir. İraqdakı hücumlara isə Danimarka, Belçika, Hollandiya da hərbi dəstək sözü verib.

Qeyd etdiyimiz kimi, məclisin təstiqiylə Kiprdə İngiltərəyə aid hərbi bazada gözləyən Tornado tipli qırıcı raketlərin yaxın saatlarda hücuma keçməsi göslənilir.

Vüsal Qarayev

 

 






27 Sentyabr, 2014  08:11 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner