Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dövlət Rəqs Ansamblının 40 illik yubileyi qeyd olunacaq

Azərbaycan Dövlət Rəqs Ansamblının 40 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq

Simsar.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən axşam keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, yubiley tədbiri aprelin 27-də Heydər Əliyev Sarayında baş tutacaq. Tədbir zamanı Rəqs Ansamblının ifasında rəngarəng rəqslər nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. 30 il ərzində bu kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olub. ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstraliya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə Hindistan, Nepal, Avstraliya, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Braziliya, Kuba, Belçika, habelə keçmiş SSRİ məkanının bütün respublikaları ansamblın çıxışlarını dəfələrlə yüksək qiymətləndirib. Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ artisti Leyla Bəkirova və respublikanın xalq artisti Əlibaba Abdullayev rəhbərlik edib. 1984-cü ildən bu günədək isə ansamblın rəhbəri xalq artisti, “Şöhrət” ordenli xoreoqraf-baletmeystr Afaq Məlikovadır. Milli mədəniyyətimizin inkişafındakı xidmətlərini nəzərə alaraq Dövlət Rəqs Ansamblına 1991-ci ildə “Əməkdar kollektiv” fəxri adı verilib.






9 Aprel, 2011  16:17 Baxılıb: 1476 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner