Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Mətanət İsgəndərli bu qızı xəstəxanadan xilas edəcək - GECƏ AÇIQLAMASI- VİDEO - FOTOLAR

Simsar.az xəbər verir ki, aktrisa Günel Həmidova bir neçə gün bundan əvvəl aldığı ciddi bədən xəsarəti ilə şəhər xəstəxanalarının birinə yerləşdirilib.

Təlaşlanmağa əsas yoxdur, çünki Güneli bu addımı atmağa vadar edən əsas səbəb, Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin “Danışmayacam” mahnısına çəkilən klipdə baş rolu canlandırmasıdır.

Uzun illərdir İctimai TV-də rejisor kimi fəaliyyət göstərən, onlarla tanınmış müğənninin mahnılarına və konsertlərinə ekran həyatı vermiş Ceyhun Kərimov, montaj işləri tamamlanmış mini film haqqında oxucularımızı belə məlumatlandırdı:

"Yeni ərsəyə gələn bu klip Mətanət xanımın digər kliplərindən orijinallığı ilə seçilir.

Film estetikasında işlənilən klip faciə janrındadır.

Bir–birilərini sevən gənclərin faciəvi həyatından bəhs edən ekran əsərində bədbəxt hadisədən doğan xəyanət, yalan, uğursuz sevgi, nakam məhəbbət ön plana çəkilir.

Mətanət xanım xəstəxanada olan qızı xilas edəcəkmi? Klip hazır olduqdan sonra bütün suallar öz cavabını tapacaq.

Ssenarini mənimlə bərabər aktyor Səbuhi Bayramov yazıb. Onu da deyim Səbuhi həm də klipdə baş rolu canlandırmış əsas qəhrəmanlardan biridir.

Ekran işinin uğurlu alınmasında peşəkar komandamızın çox böyük zəhməti var. Operatoru İlkin Şirinli, montaj rejissoru Aleks Anişenko olan klip gələn ay tamaşaçılara təqdim olunacaq. Əmin olun ki,

Mətanət xanımın bu klipi rezonansız ötüşməyəcək".

Simsar.az çəkiliş zamanı görüntülənən maraqlı fotoları və klipin tanıtım çarxını oxucuları üçün yayımlayır.

Şahin Cavadsoy

Simsar.Az






26 Sentyabr, 2014  21:54 Baxılıb: 7976 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner