Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakı-Tiflis-Qars dəmir yolunun bu hissəsi hazırdır - FOTOLAR

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində tikinti işləri uğurla davam etdirilir. Ümumi uzunluğu 184 kilometr olan Marabda-Kartsaxi-Türkiyə sərhədi ərazisində aparılan işlər dörd mərhələdə həyata keçirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən AzərTAc-a daxil olan məlumata görə, həmin mərhələlər yolun Marabda-Tetritskaro (29,2 kilometr), Tetritskaro-Tsalka (49,7 kilometr), Tsalka–Axalkalaki (74,1 kilometr), Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi (26,3 kilometr) hissələrinin reablitasiya, rekonstruksiya və tikintisini, həmçinin Axalkalaki stansiyasının (4,5 kilometr) və Qırxbulaq körpüsünün (156 metr) inşasını əhatə edir.

İlk üç mərhələ Gürcüstan hökumətinin müvafiq qurumu – “Marabda Kartsaxi Dəmiryolu” MMC ilə imzalanmış podrat müqaviləsinə əsasən, “Azəryolservis” ASC tərəfindən icra olunmaqdadır. 2011-ci ildə “Azəryolservis” ASC-in Gürcüstan filialı təsis olunduqdan sonra tikinti işlərinin sürətinin artırılması üçün zəruri struktur bölmələri yaradılıb.

Artıq birinci mərhələ üzrə tikintisi yekunlaşan Marabda-Tetriskaro hissəsi istismara hazırdır. Belə ki, torpaq yatağı və süni qurğular üzrə əsas işlər yekunlaşıb, bina və qurğularda son tamamlama işləri başa çatdırılıb.

İkinci mərhələdə Tetritskaro-Tsalka hissəsinin torpaq yatağı və yolun üst quruluşu elementləri üzrə işlər tamamlanıb, əsas yol yenidən qurulub. Hazırda rabitə-işarəvermə, elektrik təchizatı, binaların bərpası və abadlaşdırma işləri davam etdirilir.

Tikintinin üçüncü mərhələsinə daxil olan Tsalka–Axalkalaki hissəsində 155 qurğu və körpünün, bina və digər tikililərin inşası, relslərin döşənməsi yekunlaşıb. Son 5 ayda 70 kilometrdən çox rels döşənib ki, bu da Gürcüstan üçün rekord nəticədir.

Dördüncü mərhələ çərçivəsində isə Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi hissəsində yol yatağı, körpülər, suötürücülər inşa olunub, reslər döşənib. Kartsaxi stansiyasında əsas və stansiyadaxili yolların, Qırxbulaq çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi tamamlanıb.

Gürcüstan-Türkiyə sərhədində uzunluğu 4450 metr olan tunelin tikintisi davam edir. Tunelin Türkiyə ərazisindəki 2560 metrlik hissəsində işlər başa çatıb. Gürcüstan ərazisinə düşən hissədə isə qazıntı işləri sürətlə davam etdirilir.

Layihəyə uyğun olaraq Axalkalaki stansiyasında vağzal binasının tikintisi başa çatmaq üzrədir. Binanın cari ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.

Layihənin icrasına ümumilikdə 2000 nəfərdən çox işçi və 500-dən çox maşın-mexanizm cəlb olunub.






25 Sentyabr, 2014  16:50 Baxılıb: 868 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner