Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Müğənnilərimiz söz davasına çıxdılar - VİDEO - FOTO

Simsar.az xəbər verir ki, "Xalq ulduzu 3" müsabiqəsinin favorit iştirakçılarından olmuş Zaur Həsənov bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Səni həm sevəcəm, həm  unudacam" adlı mahnısına çəkdirdiyi klipinə təqdimat edib. Sözləri Samir Əfsəroğlu, musiqi Ruslan Səfəroğluna məxsus olan bəstəni rejissor Əhməd Ali ekranlaşdırıb.

Təqdimat zamanı qonaq kimi dəvət olunan müğənnilər arasında mübahisə yaşanıb.   Gənc müğənni Elvin Mirzəzadənin Albert Eynşteyndən misal gətirməsi ortalığı qarışdırdı : "Hər bir tənqidin arxasında gizli paxıllıq və aşkar heyranlıq var".

Dəvət olunan başqa sənətçilər Lamiyyə Novruzova, Aysel Əlizadə, İbrahim Borçalı və "Cahan qrupu" nun solistləri onun bu fikri ilə razılaşmadılar. Lamiyyə açıqlamasında bildirdi ki,  bütün müğənnilər yerindən edilmiş tənqidə normal yanaşmalıdırlar.

Sakit təbiətli Zaur tədbirdəki mübahisəni canlı oxuması ilə sakitləşdirdi.

Qeyd edək ki, səbəbkarı təbrikə həmçinin sənət dostları Vüsal Əliyev,  Afaq Aslan, Sevinc Ağaşirinova, Elgün Hüseynov da təşrif buyurmuşdular.

Simsar.az sənətçilər arasında mübahisəyə səbəb olan klipi oxucuları üçün yayımlayır.

Şahin Cavadsoy

Simsar.Az







25 Sentyabr, 2014  15:38 Baxılıb: 2902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner