Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Heç vaxt İslamla vuruşmayacağıq” – Barak Obama

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasında çıxış edərkən, bir çox qlobal problemlərə toxunub.

Simsar.az-ın məlumatına görə, diqqət mərkəzidə olan ən önəmli mövzu isə terror olub. Əsas da İŞİD-lə bağlı danışan Obama, heç bir zaman İslamla vuruşmdıqlarını və İŞİD-in də İslamdan sui-istifadə edən bir təşkilat olduğunu dilə gətirib.

ABŞ prezidenti, birlikdə bu təşkilatın qarşısının alınmasının vacibliyini də vurğulayıb.

Obama İŞİD-dən başqa, “Boko Haram” və “Əl-Qaidə”nin də dünya üçün təhlükəsindən danışıb.

Obama, “ABŞ İslamla döyüşməyəcək, bu mümkün də deyil. İslam sülhü öyrədir. Müsəlmançılıq ədaləti təbliğ edir. Milyonlarla müsəlman bizim ölkədə yaşayır. Buna görə də heç bir zaman İslamla döyüşə girməyəcəyik. Bu bizi bölə bilər” deyib.

B. Obama mübarizənin istiqamətləri haqda da danışıb: “Biz 4 qrupa diqqət etməliyik. Öncə İŞİD. Bu qrup qısa zamanda durdurulmalıdır. Bu təşkilat qadınları zorlamış, uçaqları qətlə yetirmiş, baş kəsmişdir. Heç bir vicdan bu cinayətləri haqlı çıxara bilməz”.

O, ABŞ-ın bu təşkilatın öhdəsindən gəlmək üçün beynəlxalq koalisiya ilə çalışacağını da qeyd edib.

Prezident qeyd edib ki, burda əsas hədəf iraqlılara kömək etməkdir: “Bu təşkilatı durdurmaq üçün dünyaya səslənirəm. Müsəlman cəmiyyətləri də “Əl-Qaidə” və “İŞİD” kimi təşkilatların idelogiyalarını rədd etməlidir. Heç bir uşağa yəhudi, müsəlman, xristian deyə nifrət etməsi öyrədilməməlidir. Gənc beyinlərin belə bir ideologiya ilə yuyulması önəmlidir. Sosial mediada da bəzi gənclər intiharçılara çevrilirlər”.

Vüsal Qrayev







25 Sentyabr, 2014  08:36 Baxılıb: 3771 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner