Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Ortaq türkcə yaratmaq marağı yoxdur” - Nizami Cəfərov

“Ortaq türkcə yaratmaq marağı yoxdur. Sadəcə dillər arasında ortaq ünsiyyətin genişlənməsi istənilir. Əslində buna da çalışılmır”.

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, bu məsələdə əsasən Türkiyə türkcəsi ön plana çıxır: “Önə çıxma Türkiyənin daha böyük olması, daha çox əhalisi, daha böyük təhsil şəbəkəsi və KİV-nin olması ilə əlaqəlidir. Hər bir böyük xalqın, dövlətin nüfuzu da daha yüksək olur. Bu məsələdə Türkiyə ön plana keçmək üçün xüsusi canfəşanlıq da  göstərmir. İstər beynəlxalq, istər türk dünyası səviyyəsində keçirilən tədbirlərdə hər kəs öz dilində danışır. Məsələn, Türkdilli Dövlətlərin Parlament Assambleyasının yığıncağında iştirak edən bütün nümayəndələr öz dillərində danışdılar. Sənədlər də müxtəlif türk dillərində hazırlandı. Yəni, rəsmi səviyyədə Türkiyə türkcəsinin üstünlüyü qəbul olunmur. Amma proses təbii şəkildə Türkiyənin öndə olduğunu göstərir. Təqribən 100 milyona yaxın insan Türkiyə türkcəsində danışır. Azərbaycan türkcəsi də Türkiyə türkcəsinə anlaşma baxımdan yaxındır”.

N. Cəfərov ortaq türkcə yaratma istəyinin arxasında siyasi iradənin olub olmamasına da aydınlıq gətirib. O bildirib ki, burada siyasi iradə ola bilməz. Bu dostluq, qardaşlıq və sadəcə ünsiyyət məsələsidir. Heç bir dövlət başqa dövlətə öz dilini güclə qəbul etdirə bilməz. Bunun üçün cəhd də göstərilmir.

“Qloballaşan dünyada ortaq türkcəyə ehtiyac varmı?” sualını isə N. Cəfərov belə cavablandırıb: “Ortaq türkcəyə sözsüz ki ehtiyac var. Bu türklərin ortaq ünsiyyətinin şərtidir. Müşahidələr göstərir ki, Türk dövlətləri arasında ortaq ünsiyyət vasitəsi kimi rus dilindən istifadə edilir. Bu da SSRİ-nin təsiri ilə əlaqəlidi. Müasir dövrdə ingilis dili də istifadə olunmağa başlayıb. Ancaq bu dil aparıcı dil olma səviyyəsinə çatmayıb. Bu mənada ortaq türk dilinə ehtiyac var. Həm də bu addım dilin zənginləşməsinə səbəb olacaq. Məsələn, Azərbaycan dilinin sintaktik quruluşu Türkiyə türkcəsindən daha zəngindir. Xüsusilə tabeli mürəkkəb cümlə quruluşu. Türkiyə türkcəsi də bundan öz bəhrəsini zamanla götürür”.

Ülviyyə Cövdətqızı







25 Sentyabr, 2014  08:09 Baxılıb: 5518 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner