Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nuşirəvan Məhərrəmli dilini tənqid etdi

MTRŞ -dan vitse-spikerə dəstək gəldi

“Dilçilik İnstitutu telekanallarda monitorinq aparıb xüsusi rəy verdikdən sonra MTRŞ konkret tədbirlər görə bilər”

Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradovanın telekanallarda Azərbaycan dilinin normalarının pozulması ilə bağlı səsləndirdiyi sərt tənqidləri doğru hesab edirik. Azərbaycanın teleradio məkanında ədəbi dilin normalarının qorunması ilə bağlı problemlər var”. Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, telekanallardakı aparıcıların çoxu Azərbaycan dilini səlis bilmir: “Amma bununla bağlı tədbir görmək üçün həm “Dil haqqında” qanunda, həm də digər qanunvericilik aktlarında hüquqi mexanizm yoxdur. Ədəbi dilin normaları hansı qaydada pozulur, bunu kim müəyyənləşdirir? Bununla bağlı hansı tədbirlər görmək lazımdır? Qanunvericilikdə bunlar yoxdur. Mən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla danışmışam. Biz AMEA Dilçilik İnstitutu ilə birgə monitorinq aparıb bu məsələni araşdıracağıq. Daha sonra bu vəziyyətlə bağlı tədbir görəcəyik. Ola bilsin ki, KİV-ə Dəstək Fondunun yardımı ilə ictimai təşkilatlar və Dilçilik İnstitutu ilə birgə layihə həyata keçirək. Teleradio məkanında Azərbaycan dilinin mövcud vəziyyəti ilə bağlı araşdırma aparılsın və tədbirlər görmək üçün ortada mütəxəssis rəyi olsun”.

Şura sədri deyib ki, Dilçilik İnstitutu telekanallarda monitorinq aparıb xüsusi rəy verdikdən sonra MTRŞ konkret tədbirlər görə bilər: “Həmin televiziya kanallarına bununla bağlı xəbərdarlıq edə, cərimə kəsə, başqa inzibati tədbirlər də görə bilərik”.






8 Aprel, 2011  21:24 Baxılıb: 1386 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner