Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ATV və İTV DƏRMAN REKLAM EDƏ BİLƏRMİ?

Televiziyalarda tibb məhsullarına reklam qadağası var, amma..

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanunun 35.11. maddəsinə əsasən müəyyən olunmuş qaydada istehsalına və satışına icazə verilməyən tibb, həkim respti əsasında buraxılan dərman vasitələrinin reklamı qadağandır. Qanunda bildirilir ki, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. 
Ancaq televiziyaların çoxunda mənşəyi məlum olmayan, haradan gətirildiyi bilinməyən dərman pereparatları reklam olunur. Belədə sual yaranır, televiziyada hansı dərmanlar reklam oluna bilər?
Simsar.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün bir neçə televiziyaya və Milli Televiziya və Radio Şurasına müraciət edib.
İctimai televiziyanın “Qanundan kənar” verilişində “sdaflor B” dərmanı reklam olunur. Verilişin aparıcısı Pərviz Abubəkur deyib ki, bu, dərman yox, vitamindi: “Həmin vitamin təbii otlardan hazırlanıb. Bir də ki, bu işlərə reklam şöbəsi baxır, mən verilişin aparıcısıyam, mənə nə tekst verirlər, oxuyuram.”.
İTV-nin reklam şöbəsinin rəhbəri Şəfəq Həsənova da reklam etdikləri məhsulun dərman yox, qida olduğunu deyir və qey edir ki, Səhiyyə Nazirliyindən icazə sənədi alıblar.
ATV kanlının reklam şöbəsindən isə bildirdilər ki, mənsub olduqları kanalda nümayiş olunan dərmanlar həkim resepti olmayan məhsullardı və onların reklamına icazə var.
Azərbaycan Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov reklam olunan dərmanların qanunvericiliyə zidd olmadığını deyir: “2010-cu ilin yay aylarında qanunvericiliyə dəyişiklik olundu. Bu dəyişikliyə görə, həkim resepti olmadan yazılan dərmanlar efirdə reklam oluna bilər. O dərmanların reklamı qadağandır ki, onlar həkmi resepti ilə yazılır. ”
“Reklamına qadağa qoyulmalı olan dərmanları necə müəyyənləşdirirsiniz” sulına T.Dadaşov belə cavab verib: “Bu kimi məsələlərə nəzarət edən konkret qurumlar var və onlar qanuna zidd olan reklamın yayımını efirdə görəndə quruma müraciət edirlər. Televiziyalara da yazılı şəkildə xəbərdarlıq olunub və hər bir televiziya Şuranın qanunvericiliyində reklamla bağlı maddələrlə tanışdı.

Aynurə






8 Aprel, 2011  21:14 Baxılıb: 1969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner