Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Hökumətin simvolik mebel hədiyyəsi

Saatlının icra başçısı mebel əməliyyatına rəy verdi

Ötən ilin yazı Kür çayında baş verən daşqınlar zamanı Saatlı rayonunun evsiz qalmış sakinləri üçün yeni qəsəbə salınmağa başlanıldı və qəsəbə Yeni Novruzlu adlandırıldı. 
Prezident İlham Əliyev ötən ilin noyabırında bu qəsəbəyə baş çəkdi. Telekanallarda və dövrü mətbuatda yer alan görüntülərdə evlərin təmirli və içərisinin mebel əşyaları, zəruri avadanlıqlarla təmin olunduğundan sakinlərin razılığı da ifadə olundu.
Amma evlər istifadəyə verildikdən sonra Azadlıq radiosunun əməkdaşının apardığı araşdırmada yayılmış görüntülərin əksi göründü. Sən demə, evlər damır, istilik sistemləri işləmir, içərisindən də mebel əşyaları və başqa avadanlıqlar çıxarılıb. Saatlı rayon icra başçısı Oqtay Zülfüqarovu isə bu mənzərəyə cavabı belə oldu: “Ev necə olmalıdır ki, mebel yoxdu, mətbəxdə su kranı var”.

Bu gün ANS telekanalı da bu mövzu ilə əlaqədar süjet yayımladı. Yeni salınmış qəsəbənin sakinləri evlərinin içərisindəki mebel və əşyaların daşınmasından şikayət edirdilər. Onların sözlərinə görə, televiziyalar prezidentin bu bölgəyə səfərini göstərəndə bu evlərdə mebel və digər əşyalar var idi, indi isə karnizdən başqa heç nə qalmayıb.
Süjetdə icra başçısı O. Zülfüqarovun vəziyyətə yenidən aydınlıq gətirməsi də görünür. Başçı bu dəfə deyir: “Evlərə qoyulmuş mebellər simvolik xarakter daşıyırdı. Heç kim sakinlərə söz verməmişdi ki, evlərdə mebel olacaq”.
Simsar.az evlərin mebel əşyaları ilə təmin edilməsinin qanunda necə əks olunduğunu dəqiqləşdirmək istəsə də, Fövqaladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə yaratmaq mümkün olmayıb.
Mövzunu davam etdirəciyik.

Günel Səfərova






8 Aprel, 2011  20:25 Baxılıb: 2000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner