Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rəbiyyət Aslanova: "Həmyerlilərimizin Rusiya Dumasına seçilməsi..."

“Rusiya vətəndaşı olan azərbaycanlılar orada dövlət tərəfindən heç bir təzyiqə məruz qalmırlar”.

Bunu Simsar.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rəbiyyət Aslanova deyib.

R. Aslanovanın sözlərinə görə, Rusiyadan vətəndaşlıq alan azərbaycanlıların hər hansı təzyiqlərlə üzləşməsindən söhbət gedə bilməz. “Onlar da Rusiya vətəndaşlarıdır. Bu baxımdan digər vətəndaşlar kimi əslən Azərbaycandan olan Rusiya vətəndaşları da bərabər hüquqlara malikdirlər”.

Deputat Rusiyada həmyerlilərimizin iqtisadi sahələrdə xeyli aktiv olmalarına rəğmən bu aktivliyin siyasi istiqamətdə nəzərə çarpmaması məsələsinə də aydınlıq gətirib.

O bildirib ki, bu tamamilə vətəndaşın öz istəyindən irəli gələn bir şeydir. “Avropada yaşayan azərbaycanlılar ictimai fəallıqlarını ortaya qoyur və müxtəlif vəzifələrdə təmsil olunurlar. Rusiyada isə belə deyil. Lakin bu onların təzyiqlərə məruz qalıb qalmamaları ilə əlaqəli deyil. Rusiya Dövlət Dumasında təmsil olunmaq üçün orada yaşayan hər bir şəxsin ilk növbədə Rusiya vətəndaşı olması lazımdır. Digər tərəfdən şəxsin ictimai-siyasi fəaliyyəti də əhəmiyyət kəsb edir. Bu şərtlər ödənərsə ayrı-ayrı şəxslər Rusiya dövlət orqanlarına keçirilən seçkilərdə iştirak hüququ qazanırlar. Bir daha təkrar edirəm ki, biz hələ Rusiya vətəndaşı olan həmyerlilərimizin hər hansı təzyiqlərə məruz qalması kimi hallarla rastlaşmamışıq. Siyasi fəaliyyətlə məşğul olmaq isə hər bir insanın şəxsi seçimidir. Biz bu məsələyə müdaxilə edə bilmərik”.

Hazırda sözügedən qonşu ölkədə yaşayan, ancaq vətəndaşlığı olmayan həmyerlilərimizin vəziyyəti barədə də məlumat verən R. Aslanova heç bir narahatlığa əsas olmadığını bildirib: “Bir müddət əvvəl Rusiya bazarlarında çalışan həmyerlilərimizin çətinlikləri var idi. Ancaq indi onların vəziyyəti normaldır və Rusiyada yaşayan azərbaycanlılar kifayət qədər normal əmək fəaliyyəti ilə məşğul olurlar.

Ülviyyə Cövdətqızı







23 Sentyabr, 2014  15:00 Baxılıb: 762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner