Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Leyla Əliyeva: “Onun rəsmləri məni xoşbəxt bir aləmə aparır”

Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin fərdi sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.

Simsar.az xəbər verir ki, rəssamın Bakıdakı ilk sərgisində 43 əsər nümayiş olunacaq. Onların sırasında müəllifin "Sirk", "Dantenin cəhənnəmi", "Dərisi soyulmuşlar" silsilələrindən rəsmləri, eyni zamanda avtoportretləri var. Açılış mərasimi ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. O, Bernar Buffenin əsərlərinin Bakıya gətirilməsindən və dünyanın istedadlı memarlarından olan Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzində sərgilənməsindən məmnunluq hissi keçirdiyini qeyd edib: "Mən Buffe və onun əsərlərini bir neçə il əvvəl kəşf etdim. Elə həmin an da onun rəsmlərinə vuruldum. Fikrimcə, Buffenin əsərləri emosiyalarla zəngindir və rəssamın xeyli dərin duyğularını ifadə edir. Buffenin hətta ən qaranlıq rəsmləri belə pozitiv enerji verir və bizə onun çox həssas ruhunun dərinliklərini görməyə imkan yaradır. Onun əsərlərinin yaydığı enerji çox güclüdür - sadəcə rəsmlərə baxmaq məni xoşbəxt bir aləmə aparır".

Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 15 yanvar 2015-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, "Fəxri Legion", "İncəsənət və Ədəbiyyat" ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Buffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında intihar edib.

Günel

 

 

 






23 Sentyabr, 2014  13:46 Baxılıb: 966 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner