Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İmişlidə iribuynuzlu heyvanlar tələf oldu – XƏSTƏLİK

Dövlət Baytarlıq Xidməti (DBX) İmişli rayonunda iribuynuzlu heyvanlar arasında mənşəyi bəlli olmayan xəstəliyin yayılması ilə bağlı xəbərə münasibət bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli Simsar.az-a deyib ki, İmişlidə mənşəyi məlum olmayan xəstəliyin yayılması yanlış məlumatdır: “İmişlidə yayılan xəstəlik ölkədə 3 aydır ki yaılmış olan “Nodulyar dermatit” adlanır. Hazırda İmişli rayonunda “Nodulyar dermatit” xəstəliyinə tutulan 95 heyvan var. Heyvanların 40 başı sağalıb. Heyvanların 5-i isə xəstəlik baş qaldırandan indiyə qədər yayılmış virusla yanaşı gedən digər xəstəliklərin təsirindən tələf olub”.

Onun sözlərinə görə, xəstəlik qeydə alındığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə müayinə üçün lazım olan testlər qısa müddətdə alınaraq respublikaya gətirilib: “Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələr nəticəsində yayılan virusun “Nodulyar dermatit” olması təsdiqini tapıb. Virusun qarşısını almaq məqsədi ilə bütün rayonlar lazımı tibbi preparatlarla təmin edilib və bütün tədbirlər bu tədbirlər dövlət hesabına aparılır”.

Qeyd edək ki, ancaq iribuynuzlular arasında baş qaldıran “Nodulyar dermatit” virusu bu ilin əvvəlindən İran və Türkiyəyə yaxın ərazilərimizdə qeydə alınıb.  Xəstəlik iki aydan çox vaxtdır ki, Azərbaycanın 10 rayonunda  iribuynuzlu heyvanlar arasında yayılıb.

Aysel Kərimova







23 Sentyabr, 2014  13:29 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner