Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş Prokurorluq işçi axtarır

Baş Prokurorluq gənc hüquqşünaslara daha bir şans verdi

Azərbaycan Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq, Baş Prokurorluq tərəfindən 2011-ci il yanvarın 6-da vakant olan 100 ştat vahidi üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq, 2002-ci ildən tətbiqinə başlanılan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində daha da geniş vüsət alan prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul, prokurorluğun kadr tərkibinin hərtərəfli savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub. 

2002-ci ildən başlayaraq, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, ictimaiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilmiş müsabiqələr nəticəsində prokurorluqda qulluğa qəbul edilməklə hazırda mövcud kadr korpusunun 41 faizini təşkil edən gənc mütəxəssislər təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə artıq həmin gənclərin 60-dan çoxu Azərbaycan Respublikası Prokurorluğunun Mərkəzi aparatında məsul vəzifələrə irəli çəkilmişlər.

Bu ənənə davam etdirilməklə, cari ilin yanvar ayında Baş Prokurorluq tərəfindən vakant vəzifələrin hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə elan edilmiş növbəti - prokurorluq üzrə sayca 10-cu müsabiqə ilə əlaqədar hazırda sənədlərin qəbulu həyata keçirilir və bu proses aprel ayının 29-na kimi davam etdiriləcəkdir. Sənədlərin qəbulu başa çatdırıldıqdan sonra test imtahanının vaxtı və yeri, imtahan sualları toplusunun əldə olunması qaydası, toplunun hazırlanmasında istifadə olunan normativ aktların siyahısı və digər məsələlər barədə mətbuat vasitəsilə, həmçinin Baş Prokurorluğunun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.

Prokurorluq orqanlarında işləmək arzusunda olan hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək tələb olunan sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyatı məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və 492-62-23, 437-28-56, 492-74-32, 492-39-95 nömrəli telefonlar vasitəsi ilə zəruri məlumatları əldə etmək olar.






8 Aprel, 2011  19:16 Baxılıb: 1371 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner