Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Səsiniz gəlmir, səsinizi eşitmirəm” - Müəllimlər İnstitutunun rektoru

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aparılan yoxlamalardan sonra bir sıra qanun pozuntuları və ciddi nöqsanlar aşkarlandığı bildirilib.

Yoxlamalar zamanı bu tədris müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında qeydiyyatda olmayan şəxslərin adına yazılmış diplomlar da aşkar edilib.

Simsar.az xəbər verir ki, Təhsil Nazirliyin bu gün yaydığı məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 11.09.2014-cü il tarixli 284 nömrəli fərmanı ilə Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb.

Həmçinin pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filialının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Məsələ ilə bağlı Simsar.az institutun rektoru Aqiyə Naxçıvanlı ilə saxlayıb.

Rektor sualı dinlədikdən sonra əvvəlcə ölkədə olmadığını, sonra isə iclasda olduğunu söyləyib.

Daha sonra rektor açıqlama verməkdən yayınmaq üçün “səsiniz gəlmir, səsinizi eşitmirəm” bəhanəsi ilə telefonu söndürüb. Bundan sonra isə rektora etdiyimiz zənglər cavabsız qalıb.

Xatırladaq ki, bəzi media orqanları AMİ-nin Gəncə filialında baş verənlərdə rektor Aqiyə Naxçıvanlının adını hallandırıb.







22 Sentyabr, 2014  13:05 Baxılıb: 1128 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner