Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycanın iştirakı ilə Dünya Çempionatı start götürür

Bu gün İtaliyada qadın voleybolçular arasında dünya birinciliyi başlayacaq. Simsar.az xəbər verir ki, İtaliyanın ev sahibliyi edəcəyi yarışda 24 komanda ən güclü adı uğrunda mübarizə aparacaq.

Ümumilikdə, 17-ci olacaq yarış İtaliyanın 6 şəhərində baş tutacaq. Roma, Triesta, Bari, Modena və Verona ilə yanaşı, final oyununun keçiriləcəyi Milan da təşkilatçı şəhərlər sırasındadır.

Azərbaycan sözügedən yarışda 3-cü dəfə iştirak edəcək. İlk dəfə 1994-cü ildə Braziliyada baş tutan yarışda 9-cu pilləyə sahib çıxan milli komandamız, 2006-cı ildə 13-cülüklə kifayətlənməli olmuşdu.

Hazırda FIVB reytinqində 37-ci yerdə qərarlaşan Azərbaycan millisi bu dəfə Aleksandr Çervyakovun rəhbərliyi ilə çıxış edəcək. “D” qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Belçika, Çin, Kuba, Yaponiya və Puerto-Riko seçmələri olacaqlar.

Digər qruplar isə belədir:

“A” qrupu

Argentina, Xorvatiya, Dominikan Respublikası, Almaniya, İtaliya, Tunis;

“B” qrupu

Braziliya, Bolqarıstan, Kanada, Kamerun, Serbiya, Türkiyə;

“C” qrupu

Qazaxıstan, Meksika, Hollandiya, Rusiya, Tayland, ABŞ.

Turnirə bu gün keçiriləcək Argentina – Xorvatiya görüşü ilə start veriləcək. Azərbaycan millisi isə Bakı vaxt ilə 20:00-da meydana çıxacaq. Komandamızın ilk rəqibi Yaponiya olacaq.

Qeyd edək ki, Dünya Çempionatına oktyabrın 12-də yekun vurulacaq.

Vüsal Məmmədzadə







23 Sentyabr, 2014  12:52 Baxılıb: 825 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner