Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil nazirindən ƏMR

Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə əmr imzalayıb.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, bu əmr bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişlərini və əhalinin ilk peşə-ixtisas təhsilinə dair arzularını nəzərə alınaraq alınıb.

Əmrdə bildirilir ki, 2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib.

Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.

Nazir eyni zamanda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırıq verib.

Bildirilir ki, 2014/2015-ci tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun şagird qəbulunun həyata keçirilməsi təmin edilsin.

Eyni zamanda əmrdə dövlət hesabına təhsil almaq üçün şagird seçimi zamanı bu hallar üstünlük təşkil etsin: Təhsil sənədindəki (şəhadətnamə və attestat) qiymətlərin orta balı; İşəgötürən təşkilatla onun istehsalat təcrübəsi keçirilməsinə lazımi şərait yaradacağı barədə müvafiq müqavilə olduğu təqdirdə; Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara.

Şagird qəbuluna dair statistik hesabatları cari ilin oktyabr ayının 15-nə qədər nazirliyə təqdim edilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.






22 Sentyabr, 2014  09:46 Baxılıb: 755 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner