Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ölüm şəhəri – FOTOLAR

Hürriyyətqəzeti, İŞİD-in 1 həftədir mühasirəyə alıb ağır silahlarla hücum etdiyi, 10 minlərlə insanın qaçdığı Kobanidən fotoreportaj hazırlayıb.

Simsar.az xəbər verir ki, 30 kəndi ələ keçirən İŞİD-in uzun mənzilli iriçaplı silahlarla 10 km məsafədən Kobanini atəşə tutması, 10-larla kəndin boşalmasına və böyük bir köç dalğasının başlamasına səbəb olub.

Jurnalist heyəti Kobaniyə doğru gedərkən, böyük bir köç dalğasının Türkiyəyə doğru irəlilədiklərinin şahidi olublar.

İŞİD-in elektrik enerjisini kəsdiyi boş küçələr, uşaqların futbol meydançasına çevrilib.

Torpaqlarını tərk edən Suriyalı Kürdlər, İŞİD-in hücumları qarşısında kəndlərini tərk etməkdən başqa çarələrinin qalmadığını bildirirlər.

Şəhərin görüntüsü insanda vahimə yaradır.

Bölgədə qalan əhalinin isə, hər an baş verə biləcək hücumlara qarşı, əllərindən silah düşmür. Hərkəs döyüşə hazır vəziyyətdədir.

Rakka şəhərini əlində saxlayan İŞİD, Kobaninin işığını kəsincə şəhər qaranlığa bürünüb. Məktəblər bağlanıb, şəhərdə təmizlik işləri aparılmır.

Kobani asayiş mərkəzində aralarında Türkiyədən döyüşmək üçün gələnlərin də olduğu təqribən 200 nəfərə qeydləri aparılaraq silah verildi.

Kobani şəhərinin məsul şəxsi Sipan Hemo, İŞİD-in Kobaniyə hücumlarından bu günə 250 İŞİD militanı öldürüldüyünü və İŞİD-in ağır silahlarının Türkiyə silahları olduğunu bildirib.

Vüsal Qarayev

 






22 Sentyabr, 2014  09:21 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner