Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Nikola Sarkozi: “Ollanda bənzəmək istəmirəm”

Fransanın keçmiş prezidenti Nikola Sarkozi, keçmiş partiyasının adını dəyişərək yeni siyasi hədəflərini açıqlayıb. Partiyadakı ən böyük rəqibi Cüppe isə keçmiş liderinə meydan oxuyaraq “Matç başladı” deyib.

Simsar.az Fransa mətbuatına istinadən xəbər verir ki, Sarkozi siyasi arenada atacağı ilk addım haqqında “Le Journal du Dimanche” qəzetinə müsahibə verib. Keçmiş partiyası olan Xalq Hərəkatı Birliyinin sədrliyinə namizəd olduğunu bildirən Sarkozi tərəfdarlarını maraqlandıran suallara cavab verib: “İstədiyim dəyişiklikləri edə bilsəm, rəqiblərim mənə çata bilməz” deyib. “Əvvəlcə facebookdakı izləyicilərimi təbrik edirəm. Rəqiblərim Fransua Olland və Aleyin Cuppenin ümumi izləyici sayını bir gündə keçməyi bacardıq. Uzun bir yürüşə başladıq. 2017- ci il prezident seçkiləri üçün namizədliyimi hələ açıqlamayacam. İlk növbədə mənsub olduğum siyasi ailənin başına keçməyi hədəfləyirəm” deyən Sarkozi 29 noyabrdakı konqresdə partiyaının başına keçərsə, Fransua Ollanda qarşı təcavüzkar bir müxalifət sərgiləməyəcəyini diqqətə çatdırıb: “Ollanda bənzəmək istəmirəm”.

Siyasətə dönüşünü “uzun bir yürüşün başlanğıcı” adlandıran Sarkozi, haqqında davam edən 7 fərqli məhkəmə barədə - “Kəraçi məhkəməsində xilas oldum, Bettencourt məhkəməsində bəraət qazandım. Liviya məhkəməsində hakimlər sənədlərin əsilsiz olduğunu bildirdi. Bygmalion məhkəməsində isə zərər çəkən mənəm” açıqlamalarını verib.

Günel







22 Sentyabr, 2014  09:06 Baxılıb: 810 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner