Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünya Gömrük Təşkilatının konfransı Bakıda

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi 9-cu Beynəlxalq PICARD konfransı işini yekunlaşdırıb.

Simsar.az-ın məlumatına görə, konfransın açılışında Dünya Gömrük Təşkilatının (DGT) baş direktoru Kunio Mikuriya beynəlxalq ticarətin asanlaşdırılması üzrə həyata keçirdikləri layihələr və tədbirlər haqqında geniş məlumat verərək PICARD-ın fəaliyyətini müsbət qiymətləndirib.

Konfransda Beynəlxalq Gömrük İnstitutları Şəbəkəsinin (INCU) katibi Mixail Kaşubskinin təqdimatında INCU-nun Bakı şəhərində keçirilmiş beynəlxalq konfransı haqqında geniş məlumat verilib və qəbul edilmiş Bakı Bəyannaməsinin müddəaları açıqlanıb. Eyni zamanda, təqdimatda xalqımızın mədəniyyətini, adət və ənənələrini özündə ehtiva edən konfransın mədəni proqramı haqqında müxtəlif slaydlar göstərilib.

Konfransın sonuncu günü isə DGT Katibliyinin araşdırmalar üzrə fəaliyyəti, qurumun tədris və inkişaf təşəbbüsünün fəaliyyəti, beynəlxalq ticarətin asanlaşdırılmasında INCU-nun rolu və PİCARD-ın Məşvərət Qrupu üzvlərinin yenidən seçilməsi kimi məsələlər müzakirə olunub.

Tədbirin sonunda 10-cu Beynəlxalq PICARD konfransının Bakıda keçiriləcəyi elan edilib. Bununla əlaqədar Azərbaycan nümayəndə heyətinin rəhbəri Aydın Əliyevin çıxışı dinlənilib. Konfrans iştirakçılarına Azərbaycanın inkişafı, o cümlədən gömrük xidmətinin nailiyyətləri barədə film təqdim edilib






20 Sentyabr, 2014  21:23 Baxılıb: 728 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner