Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hərbi təlimlər başa çatır - VİDEO

Azərbaycan ordusunun keçirdiyi genişmiqyaslı hərbi təlimlər bu gün başa çatır.

ANS TV-nin məlumatına görə, Azərbaycan ordusu ilk dəfə olaraq genişmiqyaslı təlimlər keçirdi. Bu təlimlərdə bütün qoşun növləri iştirak edirdi. Azərbaycan ordusunun motoatıcı bölmələri, tank briqadaları, zenit-raket altilleriyası, habelə hərbi hava qüvvələrinin döyüş təyyarə və helikopterləri, desantları, quru qoşunlarının birgə təlimləri bir həftə davam etdi. Sentyabrın 13-dən başlayaraq ordumuz bütün növ silah və texnikadan döyüş atışları həyata keçirdi. Müxtəlif şəraitlərdə döyüş tapşırıqları icra edildi.

Bu dəfəki təlimlərə ehtiyatda olan hərbçilərimiz də qatıldı. Ehtiyatdan çağırılan minlərlə əsgər, zabit ordumuzun ən müasir silah-sursatı, döyüş texnikası ilə əyani şəkildə tanış oldu. Ehtiyatda olan hərbçi, bu təlimlərdə iştirak edən Emin Həsənli minlərlə hərbçinin təlimlərə qatılması ilə yenidən döyüş ruhunun qaytarıldığını, çağırılanların vaxtında təlim nöqtəsində olması və digər xüsusiyyətləri vətənpərvərlik ruhunun yüksək olduğundan xəbər verdiyini deyir.

Bu təlimlərdə qardaş Türkiyə də Azərbaycanın yanında idi. Hər iki ölkə prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dəstəyilə təlimlər birgə baş tutdu. Türk şahinləri yenidən Azərbaycan səmasında göründü. Türk şahinləri bu dəfə də Azərbaycanı tək qoymadı. Necə ki, 2001-ci ildə Azərbaycanın həssas dönəmlərində bizimlə birgə olmuşdur.

Tükriyə hərbi hava qüvvələrinin döyüş təyyarələrinin Azərbaycanla birgə təlimlərdə iştirakını heç də təssadüf saymayan baş nazir Əhməd Davudoğlu bir daha vurğuladı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Türkiyənin NATO-nun üzvü olsa da, Azərbaycan da bu təşkilatla tərəfdaşdı. Azərbaycanın Türkiyə ilə birgə hərbi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığı hesab olunur ki, bundan sonra davam etdirilməlidir.






20 Sentyabr, 2014  18:28 Baxılıb: 788 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner