Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan prezidenti Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində çıxış etdi - VİDEO

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, Cənub Qaz Dəhlizinin təməli qoyulur”.

Simsar.az-ın APA TV-yə istinadən verdiyi məlumatına görə, bu sözləri “Əsrin Müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, “Əsrin Müqaviləsi” 20 ildir icra edilir və böyük mənfəət gətirib. O qeyd edib ki, BTC Xəzər dənizi ilə Aralıq dənizini birləşdirib və bu, tarixi nailiyyətdir. Prezident bu gün Cənub Qaz Dəhlizinin tikintisinə başlanacağını bildirərək 2012-ci ildə Transanadolu Qaz Kəmərinin tikintisi üzrə razılığın əldə edildiyini xatırladıb: “Bu gün önümüzdə bütün üfüqlər açıqdır. Yollar aydındır. Biz birlikdə Cənub Qaz Dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik. Son illər Azərbaycan ardıcıl şəkildə öz enerji siyasətini irəliyə aparıb. Bugünkü mərasim görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı bu gün Cənubi Qaz Dəhlizindən söhbət gedə bilməzdi. Bu gün görülən işlər əvvəllər görülən işlərin təməlidir”.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo tədbirə ünvanlanmış müraciətində Cənub Qaz Dəhlizinin 5 il sonra bitdikdən sonra 2 min km uzunluğunda nəhəng bir dəhliz olacağını bildirib.

“Bu, tək kəmər deyil, geostrateji bir layihə olacaq. Siz bizim enerji təhlükəsizliyimizə töhfə verirsiniz. Bu, XXI əsrin layihəsi olacaq”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxışında TANAP layihəsinin başlanması ilə Avropanın enerji xəritəsini dəyişəcəyini, Qara dəniz və Xəzər dənizi hövzəsindəki dövlətlər üçün yeni imkanlar açılacağını, əlavə iş imkanları yaranacağını, yoxsulluğun səviyyəsinin azalacağını bildirib. O, Bakı-Tiflis-Qars dəmir yolu xəttini xatırladaraq onun regional inkişafda böyük rol oynayacağını bildirib.

Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız Azərbaycanla Türkiyənin həyata keçirdiyi layihələrin dünyaya xidmət etdiyini, TANAP sayəsində yeni sülh dəhlizi açıldığını bildirib. Onun sözlərinə görə, “Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr tək bölgəyə deyil, geniş bir coğrafiyaya sülh və sabitlik gətirəcək və Türkiyənin Azərbaycan və Gürcüstanla bərabər fəaliyyəti davam edəcək. Digər çıxışlardan sonra Azərbaycanda neft-qaz sənayesinin inkişafına həsr edilmiş film nümayiş olunub. Dövlət və hökumət nümayəndələri Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində iştirak etməyə yollanıblar.






20 Sentyabr, 2014  15:11 Baxılıb: 985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner