Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Girovların azad edilməsində MİT-ə ərəb tayfaları kömək etdi – TƏFƏRRÜAT

Terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) silahlılarının girovluğunda olan Türkiyənin Mosuldakı Baş konsulluğunun əməkdaşlarının azad edilməsi ilə bağlı yeni faktlar məlum olub.

Simsar.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, girovların azad edilməsində əsas funksiyası Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) həyata keçirsə də, bu prosesdə işlər  hərbi qurumlarla kordinasiya şəklində reallaşdırılıb. Danışıqların intensivləşməsi ilə paralel girovların sərbəst buraxılacağı siqnallarının verilməsindən sonra xüsusi təyinatlılar hər cür hal üçün hazır vəziyyətə gətiriliblər. Xilasetmə əməliyyatı MİT Xarici Əməliyyatlar Dairə rəhbərliyinin tam nəzarətində aparılıb.

Ərəb tayfalardan dəstək

Girovların yerlərinin müəyyənləşdirilməsində, vəziyyətlərinin təqibinə və əməliyyat prosesində ərəb tayfalarından böyük dəstək alınıb. Girov götürülən konsulluq işçiləri ilk gündən bəri Mosulda 8 ayrı ünvana aparılıb. Hərəkətlər pilotsuz uçuş aparatları və digər faktorlarla daim izlənilib. Girovların 3-ü iraqlı, 46-ı isə Türkiyə vətəndaşıdır.

Altı dəfə xilasetmə mərhələsinə gəlindi

Girovların azad eilməsi üçün bu günə qədər 6 əməliyyat keçirilib.  Amma bu cəhdlər regiondakı müharibə şəraiti səbəbilə reallaşdırıla bilinməyib.

Girovların qaytarılması üçün pul verilmədi

Mosuldakı girovların azad edilməsi üçün pul ödənməyib və  buraxılmalarının qarşılığında hər hansı bir şərt qəbul edilməyib. Girovlar təhlükəsizlik səbəbi ilə çox sürətli bir şəkildə Suriya üzərindən vətənə gətirilib.

Hüseyn İbadlı






20 Sentyabr, 2014  12:54 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner