Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Dünyanın ən sirli hadisəsi: Öz-özünə yanan insanlar

Dünyada bir çox sirri bilinməyən hadisələr baş verir. Belə əsrarəngiz hadisələrdən biri də heç bir səbəb olmadan yanıb kül olan insanlardır.Bəli bu sizə çox qəribə gələ bilər, ancaq yüz illərdir heç bir səbəb olmadan durduğu yerdə yanıb ölən insanlarla bağlı hadisələr həqiqətən də  mövcuddur və bunun səbəbi bu günə qədər tapılmayıb. İşin ən təccüblü tərəfi insanın yanıb sümkülərinin belə kül halına gəldiyi mühitdə ətrafda olan əşyaların, hətta bəzi hallarda yanan adamın üzərində olan paltarların belə zərər görməməsidir.

Tibbi araşdırmalar göstərir ki, bir insanın yana bilməsi və sümükülərinin kül halına gəlməsi üçün çox yüksək bir istilik (1500 dərəcə) olmalıdır və bu istilik uzun müddət davam etməlidir( ən az iki saat). Avropa və Amerikada  son zamanalarda ölən insanlar dəfn olunmur. Crematoire deyilən yüksək istilikli elektrik sobalarında yandırılıb külləri kiçik bir qaba qoyularaq saxlanılır. Bu sobalarda istilik 2000 dərəcəyə yaxındır və ölən insanın  tam kül olmağı üçün dörd saat gözlənililir.

Öz-özünə yanan ilk adam

1731- ci ildə axşam yatağında yatan bir qadın sabahı gün səhər otağına onu oyatmaq üçün gələn xidmətçisi tərəfindən fəciəvi şəkildə yanaraq bir kül yığını halında tapılır. Otağın hər yeri his və qurum içindəydi və küllər havada uçurdu. Lakin çarpayısından 1.5 metr aralıda yanan qadın kül yığını halına gəldiyi halda onun, nə çarpayısına, nə pastelə, nə də otaqdakı mebelə zərər dəyməmişdi. Səlahiyyətli şəxslər detallı araşdırmlar aparsalar da baş verən yanğının səbəbini tapa bilməyiblər. Bu hadisə sonradan qeydə alınaraq “öz-özünə yanma”  hadisələri arasında ilk örnəklərdən biri kimi qəbul edildi.

Öz-özünə yanma hadisəsi üç  mərhələdə olur.

1- Çox qısa zaman içində həyata keçir, yananın nə kömək istəyəcək, nə də nə baş verdiyini anlayacaq zamanı olmur.

2- Hadisələr çox hallarda ölümlə nəticələnir qurbanların.

3- Ən maraqlısı isə belə yanma hadisəsi zamanı yanan adam ya otaqda yalnız olur, ya da bir neçə nəfər olsalar da hamısı birdən yanıb ölürlər. Yəni hadisəyə canlı şahid olmur.

Yeni il gecəsi od tutub yanan ər-arvad

1885- ci ildə Amerikada bir ər-arvad və yanlarında işləyən işçiləri  ilə yeni ili qeyd etmək üçün mətbəxtdə oturub içki içirlər. Sonra işçi üst mərtəbədəki otağına yatmağa gedir. Ertəsi gün səhər aşağı düşən işçi mətbəxtdə girdiyi zaman ətrafın nazik yağ təbəqəsi ilə əhatə olduğunu görür  və acı bir qoxu hiss edir. Evin sahibi yerdə yatırdı və ölmüşdü. İşçi dərhal sahibinin yan tərəfdəki evdə yaşayan uşaqlarına xəbər verməyə gedir. Ev sahibinin oğlu ilə geri qayəıdan işçi mətbəxt masasının yanındakı döşəmədə yanıq bir deşik görür. Aşağı baxdıqları zaman evin xanımının yerdə yanıq sümükləri, kəllə sümüyü və küllərini görürlər. Bu dəfə qurban iki nəfər olmuşdu. Aparılan araşdırmaların nəticəsində hadisənin necə baş verdiyi haqqında bir qərara gəlmək mümkün olmur.Yanma hadisəsinin bilinməyən bir psixoloji tərəfi ola bilərdi.

Görəsən bir insanın içində bədən istiliyini tənzimləyə biləcək bir mexanizmamı var və öz-özünə yananlar özləri də bilmədən bu mexanizmanı hərəkətəmi gətirirlər. Bu yaxınlarda İngiltərədə nişanlısı ilə rəqs etdikdən sonra məkandan ayrılan  bir gənc qızın paltarının altından bədəni anidən alovlanıb yanmağa başlayıb. Yüzlərlə insanın gözünün qabağında bir alov halına gəlib və alov çətinliklə söndürülüb. Lakin gecikiblər və qız bir yığın külə çevirilib.

İnsanlar niyə öz-özünə yanır?

Bu günə qədər irəli sürülən bir çox nəzəriyyələr arasında yalnız  ikisi üzərində dayanamağa qərar verilib. Tədqiqatçı Livingston Georkart öz-özünə yanma hadisələrinin böyük qisminin yer üzündəki maqnetik dəyişmələrin ən çox olduğu anlara rast gəldiyini kəşf edib. Atmosferin xaricində elektrik yüklü parçalardan əmələ gələn ion təbəqəsi mövcuddur. İon təbəqəsinin xaricində də yenə bir elektrik sahəsi olan maqnetosfer var və bu iki sahə arasındakı təsiretmə dünyaya da təsir göstərir. Kosmosda meydana gələn  bu dəyişikliklər dünyanın bəlli enerji yüklü elektrik sahələrini əmələ gətirir. Necə ki, ildırım bəzi insanların üstünə düşdüyü kimi bu elektrik sahələri də bəzi insanları öz təsiri altına alıb yandıra bilir. Digər bir nəzəriyyəyə görə isə evlərdə istifadə olunan “ microwave” mikro dalğa sobaları psrinsipdir. Bilindiyi kimi Mikro dalğa içinə qoyulan qida maddəsi içərisindəki molekulları bir-birinə vurulması nəticəsində ortaya çıxan enerji sayəsində daxildən bişir və onun içində mövcud olan qab isə isinməz. Buna görə də təbiətdə mövcud olan bu mikro dalğaların çox qarışıq bəzi səbəblərdən və bəzi insanlardakı xüsuzilik yaxud da o nadakı vəziyyətlərə görə yaratdıqları “entity” varlıqdan ötrü Mikro soba kimi işləyərək içində meydana gələn və bir anda çox yüksək dərəcələrə yüksələn istiliyə çatır lakin o hala gəldiklərini  eyni anda etraflarındakı digər əşyalara zərər vermədikləri düşünülür.

Günel Musa







20 Sentyabr, 2014  12:50 Baxılıb: 3878 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner