Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Mövcud vəziyyətdən istifadə edən iş adamları var” – Deputat

Rusiyanın Ukrayna iddiaları onun Avropa tərəfindən qismən təcrid olunma ilə nəticələnib. Hazırda müxtəlif vasitələrlə Avropa ölkələri tərəfindən tətbiq edilən sanksiyaları dəf etməyə çalışan Rusiya yerli bazarları təmin etmək üçün qonşu ölkələrin imkanlarından yararlanmağa çalışır. Bir müddət əvvəl Rusiya bazarlarından uzaqlaşdırılan həmyerlilərimizin yerini indi yerli məhsullar tutur. Belə ki, əhalini ərzaq ehtiyyatı ilə təmin etməyə çalışan şimal qonşumuz yerli məhsulların və təsərrüfatçıların necə deyərlər yağlı müştərisinə çevrilib. Bu isə fermerlərin ürəyincə olsa da daxili bazarda qiymət artımı ilə müşahidə olunur.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış qiymətləri ilə bağlı hazırkı vəziyyəti dəyərləndirən Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü, deputat Vahid Əhmədov Simsar.az-a açıqlamada bildirib ki, bazarlarda həqiqətən qiymət artımı müşahidə olunmaqdadır və bunun isə müxtəlif səbəbləri var:

“Rusiya bazarlarında boşluq olduğu üçün Azərbaycan məhsullarına ciddi ehtiyac var. Fermerlər üçün bunun böyük əhəmiyyəti var. Çünki onlar öz məhsullarını xarici ölkələrə baha qiymətə sata bilirlər. Fermer becərdiyi məhsulu yerli bazara 30 qəpiyə çıxarırsa həmin məhsulu xarici bazara asanlıqla 50-60 qəpiyə çıxara bilir. Ancaq burda bir məsələ var ki, daxili bazarı da qorumaq lazımdır. Yerli məhsullar Rusiya bazarına axın tapdığı üçün Azərbaycanda kənd təsərrüfatı mallarında qiymət artımı müşahidə olunur. Daha sonra İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu məsələni nəzarət altına aldı ki, süni qiymət artımı olmasın”.

Görülən tədbirlərə rəğmən bazarlarda hələ də qiymətlərin yüksək olmasının obyektiv və subyektiv səbəblərdən qaynaqlandığını bildirən V.Əhmədov qeyd edib ki, mövcud vəziyyətdən istifadə edən iş adamları var. “Məsələnin subyektiv tərəfi Rusiya bazarlarının yerli məhsullara yaranan tələbatı, obyektiv tərəfi isə iş adamlarının bundan yararlanmağından irəli gəlir. Mövcud vəziyyətdən yararlanmamaq və yerli əhalini ucuz məhsulla təmin etmək üçün İqtisadi İnkişaf Nazirliyinin müvafiq departamenti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi orqanlar bu işlə ciddi məşğul olmalıdırlar. Həmin sahələrdə dövlət nəzarəti gücləndirilməlidir”.

Ülviyyə Cövdətqızı







20 Sentyabr, 2014  12:28 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner