Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elxan Süleymanov AvroNest PA qarşısında şərt qoydu – Etiraz

Brüsseldə AvroNest Parlament Assambleyasının (PA) Büro iclası keçiriləcək.

Simsar.az-ın məlumatına görə, oktyabrın 16-da keçiriləcək iclasda digər məsələlərlə yanaşı, qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı Avronest PA-nın həmsədrləri və Büro üzvlərinə etiraz məktubu ünvanlayıb.

Müraciətdə Elxan Süleymanov sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı cəhdlərə ciddi etirazını bildirib: “Azərbaycan nümayəndə heyəti 2011, 2012 və 2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında AVRONEST PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST PA-nın növbəti sessiyalarının Ermənistanda keçirilməsinə öz qəti etirazını bildirib. Azərbaycan nümayəndə heyəti bir daha Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun əraziləri işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 22 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək AVRONEST PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bildirir”.

 






20 Sentyabr, 2014  11:04 Baxılıb: 689 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner