Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bu muzeyləri gəzmək ürək istəyir

Bir çox Avropa ölkələrində mövcud olan  İşgəncə muzeyləri maraqlı olduğu qədər də ürkütücüdür.

“Torture Museum”

Ucsuz bucaqsız lalə çölləri, insanı nağıllar aləminə  sürükləyən yel dəyirmanları, həmcinslərə nigah bağlayan azad kilsələri ilə dünyaya səs  salan Holladiyanın paytaxtı Amsterdamda yerləşən “Torture Museum” yəni “İşgəncə Muzeyi”ndəki təsvirlər insanı bir anlıq vahiməyə salır.

Muzeyin reklamı əllərində heç bir funksiyası olmayan işgəncə alətləri gəzdirən insanlar tərəfindən edilir.  Küçələrdə pranqalı, qolu qandallı, boynundan asılmış insanlar gəzişir. Muzeyin giriş qapısında müxtəlif işgəncə alətləri və rəsmlər asılıb. Bu məkanda muzeyin qapısına qədər gəlib fikrini dəyişən, muzeyə girməkdən imtina edən insanlara  da tez-tez rast gəlinir. Muzeydə işgəncənin tarixçəsi, su işgəncəsi, yandırma işgəncəsi, qoparma işgəncəsi, fırlatma işgəncəsi, asma işgəncəsi, ağırlıq işgəncəsi kimi gəlib keçmiş bütün işgəncə üsulları təsvir olunub. İşgəncə otaqları qol və ayaq dartma aləti, mismarlı çarpayı, asma qəfəs, dırnaq qopartmaq, barmaq, cinsi orqan kəsmə alətləri kimi işgəncə alətlərinin təsvir olunduğu bir çox şəkillər və bunlara dair yazılar görmək mümkündür .  Qeyd edim ki, bu otaqlara girmək və alətləri görmək heç də havayı deyil. Maraqlananlar 5 avrolarından keçmək məcburiyyətindədirlər.

Valeri Pereverzevin işgəncə muzeyi

Maraqlı İşgəncə muzeylərindən biri də Moskvada tarixi Arbat küçəsindəki Çar və Sovet dövrünə aid işgəncə alətlərinin sərgiləndiyi muzeydir. Bu muzey Rusiyanın işgəncə və edam tarixi haqqında əhəmiyyətli ip ucları verir. İnsanlara işgəncə verən cəza evinin əməkdaşları, üzləri qan ləkələrinə bulaşmış oyuncaqlar muzeyin  maraqlı hissələri arasındadır. Muzeydə sərgilənən alətlər keçmiş dövrdə tətbiq edilən müxtəlif cəza üsulları haqqında məlumat verir. Muzeyə gələnlər bu alətləri həyəcan içində izləyərkən muzeyin qurucusu Valeri Pereverzev “Mən bunlara sənət əsərləri kimi baxıram, dizaynerlər tərəfindən çox yaradıcı əsərlər ortaya qoyulub. İşin sosiyaloji, ya da psixoloji ölçüləri məni maraqlandırmır” deyərək turistləri sakitləşdirir. Muzeydə dünyanın müxtəlif ölkələrində tətbiq olunan işgəncə üsulu və alətlərini tanıdan bölmə də var. Sərgidə müxtəlif dövrlərlə aid edam ştativləri, gilyotin, dəmir zindanlar, xüsusi həbsxana ayaqqabıları, edam ipləri, edamları həyata keçirdən cəlladların orjinal fotoları və başqa alətlər də yer alır. Muzeyin bir köşəsini isə edam qərarları ilə məhşur dövrün Rus Çarları Dəli Petro, II Katerina, I Aleksandrın rəsmləri bəzəyir. Tarix boyu istifadə olunmuş işgəncə alətlərinin yer aldığı muzeydə Orta əsrlərdən qalma gilyotin, ştativlər və kəllə sümüyü qırıcılarına da rast gəlmək mümkündür.

“İbrət muzeyi”

Daha bir İşgəncə muzeyi İranda yer almaqdadır. Firdovsi küçəsində yerləşən bu muzeyin adı “İbrət muzeyi” dir. Şah rejmi zamanında həbsxana olan bu bina hazırda muzey kimi kimi fəaliyyət göstərir. Həbsxana 80 il əvvəl Rıza Şahın əmri ilə almanlar tərəfindən inşa edilib. O zamanlar nizamiyyə məqsədi ilə inşa edilməsinə baxmayaraq bir müddət sonra həbsxanaya çevirilib. Zahirən çox kiçik və bəsit görünsə də içəridən xeyli qarışıq bir binadır. Muzey 3 mərtəbə 86 hücrədən ibarətdir. “İbrət muzeyi” ndə təxminən 1800 məhbusun şəkilləri və həbsdə qaldıqları müddətə dair sənədlər saxlanılır. Həbsxananın vəziyyətinin təsvir edilə bilinməsi üçün işgəncə otaqlarında müxtəlif işgəncə tərzləri göstərilir. Məhbusları isə heykəllər əvəz edir. Muzeyin divarlarında məhbusların yazdıqları cümlələr gözə çarpır. “İşgəncə yarası sağalır, ancaq ruh yarası sağalmaz”, “Vesteinu bis sabri ves salat” kimi Quranın ayələri diqqət çəkir.  Bu cümlələrdən məhbusların vəziyyətinin nə qədər ağır olduğui bəlli olur.

Praqada isə demək olar ki, hər addım başı İşgəncə Muzeyinə rast gəlmək olur. Deyəsən çexlər olduqca işgəncə həvəskarı olan bir toplumudur.

Nə qədər gərəkli olduğu mübahisəyə açıq olan bu muzeylərin insanı ciddi anlamda psixoloji işgəncəyə uğrdacağı mütləqdir.

Günel Musa

 






20 Sentyabr, 2014  10:20 Baxılıb: 2507 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner