Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Generalın son əmri” təqdim olundu- PREMYERA

Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi münasibəti ilə, şairin eyniadlı əsəri əsasında hazırlanmış “Generalın son əmri” tamaşasının premyerası keçirilib. Tamaşaçın rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəkşiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Tamaşanın rejissoru Ramiz Həsənoğlu bu tamaşanın ərsəyə gəlməsinin onun və bütün yaradıcı heyətin boynuna böyük məsuliyyət qoyduğunu bildirdi: “Ola bilsin ki, biz  bu tamaşanı hazırlamqda bir qədər gecikmişik. Aprel ayından çox gərgin iş rejimində çalışmışıq. Vaqif Səmədoğluna, Azərbaycan teatrına, tamaşaçılarımıza layiq bir tamaş ilə meydana çıxmaq üçün çox çalışdıq.Vaqif Səmədoğlunun drmataurgiyası çox orjinaldı. Vaqif Səmədoğlu Əbdürrəhim bəy Haqverdiyevdən sonra bu üslübda işləyən ikinci dramaturqdur. Onun əsərlərinin cəlbedici tərəfi ondan ibarətdir ki, müasir mövzunu çox qəribə şəkildə meydana çıxardır. Bu əsərdə həm qratesk üslubu, həm fars üslubu var. Ümumilikdə deyə bilərik ki, postmodern teatrının çox gözəl nümunəsidir. Biz də əsərin bu xüsusiyyətlərini nəzərə alaraq çalışmışıq ki, tamaşanı dramaturqun düşündüyü məcrada üzə çıxardaq”.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazılanan tamaşada xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, Hicran Nəsirova, Əjdər Həmidov, Telman Əliyev, Sənubər İsgəndərova, aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və Ramin Şıxəliyev çıxış ediblər.

Günel






























20 Sentyabr, 2014  09:20 Baxılıb: 1473 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner