Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İŞİD-in girovluğundakı 49 türkiyəli diplomat azad edildi – BAKIDAN VERİLƏN ŞAD XƏBƏR

"Bu gecə, səhərə yaxın vətəndaşlarımızı aldıq və ölkəmizə gətirdik".

Simsar.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu, terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) əsir götürdüyü Türkiyə vətəndaşlarının azad olunması məsələsinmə münasibər bildirərkən deyib.

Baş nazir Əhməd Davudoğlu, terror təşkilatı İŞİD-ın İraqda əsir götürdüyü Türkiyənin Mosuldakı Baş konsulluq nümayəndələrinin gecə, səhərə yaxın Türkiyəyə gətirildiyini bildirərək deyib: “Səhərə yaxın ilk görüşlərimiz intensiv xarakter aldı və səhər 05:00-da ölkəmizə gəldilər. Gecə boyu prosesləri yaxından izlədik, bir az əvvəl hörmətli dövlət başçımıza məruzə etdik. Bu xoşbəxt hadisə hamımızı gözəl bir sabaha hazırlayıb”.

Davudoğlu Bakıda qonaq qaldığı oteldə Türkiyə saatı ilə saat 06:10-da açıqlama verib: “Əziz xalqım, dəyərli vətəndaşlarım, uzun bir müddətdir ki, millətin gözlədiyi xoş bir xəbəri sizlərlə bölüşmək üçün səhərin erkən saatlarında qarşınızdayam”.

Türkiyənin Mosul Baş Konsulu və 48 türk vətəndaşının 3 aydan çoxdur ki, Mosulda girov saxladıqlarını xatırladan Davudoğlu, "Günlərdir, həftələrdir davam edən intensiv işlər nəticəsində bu gecə, səhərə yaxın vətəndaşlarımızı aldıq və ölkəmizə gətirdik. Neçə həftədir hamımızın yuxusunu qaçıran, narahatlıqlara sövq edən, amma ən çox da ailələrimizi kədərləndirən hadisədən sonra, bu xoşbəxt xəbəri bölüşməkdən böyük bir şərəf duyuram”  deyib.

Hüseyn İbadlı







20 Sentyabr, 2014  08:47 Baxılıb: 954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner