Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İsrafil İsrafilov: İcra Hakmiyyəti hərəkətli afişalara icazə vermədi

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov jurnalistlərlə görüşü zamanı teatrın görünən və görünməyən bir sıra sıxıntılar yaşadığını bildirib. Aktyorların, ümumilikdə teatrın bütün əməkdaşlarının məvaciblərinin azlığından şikayətlənən direktor, teatrın rəssam problemi olduğunu vurğulayıb. İ.İsrafilov, bu gün teatrların reklamlarına geniş verilmədiyinin teatrların ən böyük problemlərindən olduğunu diqqətə çatdırıb:

“Reklam işində problemimiz var. Heç kim bizim üçün müftə reklam etmək həvəskarı deyil. Arada bir neçə televiziya kanalı ilə müqaviləmiz oldu. Onlar teatrda çəkilişlər edib əvəzində bizim tamaşaların afişalarını anons edəcəkdilər. Lakin müəyyən müddətdən sonra gördük ki, həmin televiziyalarda verilən anonslar nəzərə çarpmayacaq qədər gec yayımlanır.

Əvvəllər teatrlarda hazırlanan tamaşaların dövlət televiziyasında əvvəlcə anons verilişləri, tamaşadan sonra isə geniş müzakirəsinə yer verilirdi. Televiziya tamaşaları, ayrıca radio tamaşaları hazırlanırdı. Şəhərin görkəmli yerlərində böyük afişalar vurulurdu. Ancaq indi tamaşaların afişaları insanların yolunun düşmədiyi məkanlarda vurulur. Mən teatrın qarşısında tamaşaların hərəkətli reklamlarını qoydurmaq istəyirdim. Ancaq gördüm ki, bu reklam yerləşdirmək nə qədər ciddi bir məsələdir və bunun olmasını istəməyən nə qədər adam var. Mən Bakı Şəhər Baş reklam İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etdim və yox cavabı aldım. Səbəbini soruşanda dedilər ki, “bu afişalar şəhərin estetikasını pozur”.

Günel







20 Sentyabr, 2014  08:41 Baxılıb: 895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner