Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Azərbaycanlı müğənnini 50 metrlik it zənciri ilə bağladılar - Gecə təqdimatı - VİDEO

Simsar.az xəbər verir ki, sentyabrın 4-də evinə basqın edilmiş tanınmış rejissor Nail Huseyn (Naiboğlu) yaşadığı şokdan ayılan kimi  müğənni Damlaya klip çəkdi.

Əməkdaşımızla söhbətində Nail bildirdi ki, başına gəlmiş müdhiş hadisənin ekran işinin mükəmməl alınmasına çox böyük təsiri olub:

"Evimə basqın olmasaydı,  bəlkə "Gəlmədin" mahnısını belə ekranlaşdırmazdım. Sanki daxilimdə olan depressiyadan, şokdan qurtuldum.

Damla ilə çəkiliş meydançasında işləmək çox rahatdır. Bu qızı özlüyümdə bir daha kəşf etdim".

Qeyd edək ki, sözləri Sabir Abdinova musiqisi Vüsal Qurbanova məxsus olan mahnını Elvin Musayev aranjeman edib.

Klipin prodüseri Pərviz Oqtayoğlu, meneceri Rauf Sahiboğludur. Damlanın make-up-ı üzərində stillst Anar Şanel çalışıb. Geyimlərin müəllifi isə modelyer Şəlalə Maqsudovadır.

Pavilyonda qurulmuş dekorda və Bakının Kürdəxanı kəndində baş tutmuş çəkiliş zamanı müğənnini 50 metrlik it zənciri ilə bağlayıblar.

Simsar.az şok kadrlardan ibarət olan klipə "Gecə təqdimatı" edir.

 

Şahin Cavadsoy

Simsar.Az






19 Sentyabr, 2014  23:35 Baxılıb: 3476 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner