Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Soltan Hacıbəyovun anım günüdür

Milli musiqimizin inkişafı Hacıbəyovlar nəslinin istedadlı nümayəndələrinin adı ilə birbaşa bağlıdır. Üzeyir, Zülfüqar, Niyazi və nəhayət, Soltan Hacıbəyovların musiqi sənətimizə verdiyi qiymətli töhfələr xalqımızın milli-mənəvi sərvətinə çevrilib. Bu gün Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsi Soltan Hacıbəyovun dünyadan köçməsindən 40 il ötür.

1919-cu ildə Azərbaycanın ən qədim mədəniyyət mərkəzi olan Şuşada anadan olan Ceyhun Hacıbəylinin gələcəkdə bəstəkar kimi yetişməsində xalq musiqisinin böyük təsiri olub.

S. Hacıbəyov Şuşada ikisinifli ibtidai məktəbi bitirdikdən sonra 1930-cu ildə Hacıbəyov Bakıya köçür, 1936-cı ildən əmisi Ü. Hacıbəylinin ailəsində yaşayır. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirən bəstəkar, burada Ü.Hacıbəyov, B.İ.Zeydman və başqalarından dərs alır. O, 1947-ci ildə Moskva konservatoriyasında D.D. Şostakoviçin sinfində təcrübə keçir.

S.Hacıbəyovun yaradıcılıq yolu 30-cu illərin axırı, 40-cı illərin əvvəllərindən başlayır. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişmişdi (Q.Qarayev, F. Əmirov, Niyazi , S. Rüstəmov). Özyaradıcılığında onlar Ü. Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S. Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər.

Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnıları, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romansları, simli kvartet və simfonik variasiyaları (1943) yazır.

Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər bəstələyir. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır.

1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova “Kəminə və qazı” operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyl edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnmişdi. “Karvan” simfonik lövhəsində o, musiqi vasitəsilə dinləyicilərdə konkret mənzərə haqqında təsəvvür yaradır. “Karvan” çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası var. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa edir. S.Hacıbəyov 1946-cı ildə II simfoniyanı yaradır. Buradakı yeni dramatik situasiyalar, yeni ifadə vasitələri dinləyicini öz əhatə dairəsinə salır.

Bəstəkar uşaqlar üçün də əsərlər yazıb. Həmin əsərlərin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri (“Yeni il”, “Bahar” və s.) vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay - lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”.

“Gülşən” baletini isə o, 1950-ci ildə yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin 1-ci redaksiyasında (libretto Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən 2 -ci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadənin və P. Abolimovundur). Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

S.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, ictimai xadim kimi daxil olub. O, musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır. Onun əsərlərində parlaq milli koloritli janr obrazları üstünlük təşkil edir.

S.Hacıbəyov ən parlaq əsərindən birini 1964-cü ildə yazmışdır. “Konsert” adlı bu əsər təzadların kəskinliyi, fəallığı, müasr musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Bəstəkar bu əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

S. Hacıbəyov bir çox tamaşalara da musiqi bəstələyib. M. İbrahimovun “Məhəbbət”, “Kəndçi qızı”, S. Vurğunun “İnsan”, S. S. Axundovun “Eşq və intiqam”, S. Rəhmanın “Əliqulu evlənir” və bir çox başqa əsərlər bu qəbildəndir.

Soltan Hacıbəyov Azərbaycan Musiqili Komediya Teatrının dirijoru (1938-1940), “Sazçı” qızlar ansamblının rəhbəri (1940-1942), Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1953-1968) və SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin (1958-ci ildən) üzvü olub.

1974-cü ildə dünyasını dəyişən böyük bəstəkar Fəxri Xiyabanda dəfn olunub.






20 Sentyabr, 2014  07:15 Baxılıb: 796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner