Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir

Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə sentyabrın 20-si, hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi rəsmiləşdirilib.

Qeyd edilən tarix Azərbaycanda, 1999-cu və 2004-cü ildə, yəni “Əsrin müqaviləsi”nin imzalanmasının beşinci və onuncu ildönümündə rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Bu il də bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislər, dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar təltif edildilər.

Qeyd edək ki, 20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.

Bu görüşdən sonra hər il 20 sentyabrda, Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb.

“Neftçilər Günü” münasibətiylə, Azərbaycan neft sənayesində silinməz izlər buraxan, görkəmli neftçilər haqqında qısa məlumatlar təqdim edirik:

Ağa Nemətulla

A.Nemətulla 1896-cı ildə Güney Azərbaycanın Sarab şəhərində anadan olub. SSRİ neft sənayesi yenilikçisidir. O turbinlə mayili və iki lüləli qazmanın yaradıcısı hesab edilir. 1941–ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazıb.

Süleymanov Ələbkbər Bağır oğlu (1916-2000)

Professor Ə. Süleymanov Xəzər dənizində kəşf edilmiş neft-qaz yataqlarının mənimsənilməsi üçün hidrotexniki qurğuların və quyu avadanlığının yaradılmasının, həmçinin bu istiqamətdə bir çox elmi və praktiki təkliflərin müəllifi olub.

Onun rəhbərliyi və iştirakı ilə Xəzərin dərin akvatoriyalarında aşkar edilən neft və qaz yataqlarının mənimsənilməsi üçün hidrotexniki qurğular və quyu avadanlığı yaradılıb. Bunlar isə müstəqil Azərbaycanda neftçıxarmanın uzunmüddətli inkişafına təkan verib.

Xanoğlan Vəli oğlu Bayramov (1933-1999)

X. Bayramov Neft Daşlarını tikənlərdən biri olub. Dənizin ortasında yaradılan ilk mədənlərdən, yaşayış evlərindən, estakadalardan başlayaraq Xəzərdə gedən tikinti işlərində iştirak edib, 30 ildən artıq öz çətin inşaatçı peşəsinə sadiq qalıb.

Bəhman Əbiş oğlu Hacıyev (1926-1998)

B. Hacıyevin rəhbərliyi və iştirakı ilə ''Neft Daşları''nda quyuya maili istiqamətdə kut qazma, maili qazımanın köməkliyi ilə bir nöqtədən iki quyunun qazılması üsulları tətbiq olunub, neftin yığılması və qorunması üçün iriləşdirilmiş məntəqələr yaradılıb, quyuların tədqiqatı üçün yeni üsullar irəli sürülüb, boru kəmərlərinin mürəkkəb üsullarının tətbiqi, kommunikasiya işləri, tankerlərlə neftin nəqli və boşaldılması məsələləri həll olunub. Onun tərəfindən ''Tengis'' (Qazaxıstan) kükürdhidrigen tərkibli yataqların işlənməsi problemləri ilə bağlı, həmçinin qazıma vışkaları və digər yükqaldırma avadanlıqlarının digər yükqaldırma avadanlıqlarının daşıqıcı qabiliyyətinin sınanmasının təhlükəsiz texnologiyasının məsələlərini irəli sürüb.

Mirkazım Mirəhəd oğlu Məmmədov (1911-1997)

M. Məmmədov, İndi hamıya məlum olan Azərbaycanın Xəzər dənizindəki məşhur neft və qaz yataqlarının işlənməsi və mənimsənilməsində böyuk əmək tələb edən işlərdə yaxından iştirak edib.

Ağa Qurban oğlu Əliyev (1911-1997)

Geologiya-mineralogiya elmləri doktoru və Azərbaycan Respublikasının əməkdar mühəndisi olan A.Q. Əliyev, apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu verib və geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırıb. Əfsanəvi Neft Daşlarının kəşfçisi Ağa Qurban oğlu Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilib ki, bunlardan ''Neft Daşları'', ''Gürgən-dəniz'', ''Qum adası'', ''Bahar'' və başqalarını göstərmək olar, Küryanı vilayətdə isə ''Kürovdağ'', ''Mişovdağ'' və s., Abşeron yarımadasında ''Şabandaq'', ''Qaradaq'', ''Qaraçuxur'' neft və qaz yataqları kimi 20-yə yaxın-zəngin neft və qaz yataqları açılıb. ''Neft Daşları''nın kəşfindən sonra bu böyük antiklinal xəttin üstündəki Neft Daşlarının ardınca ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' kimi böyük ehtiyata malik neft yataqları aşkar olunub.

Ənvər Əliheydər oğlu Məmmədov (1930-1996)

Ə.Ə. Məmmədovun rəhbərliyi altında ''Neft Daşları'' və ''Palçıq Pilpiləsi'' yataqlarının rasional işlədilməsi, intensivləşdirmə və suvarma metodlarının tətbiqi həyata keçirilmişdir, yeni perspektivli sahələrin kəşfiyyat işləri aparılıb. Onun fəal iştirakı ilə ''Neft Daşları'' yatağının mezozoy qatının və perspektiv ''Günəşli'' yatağının layihə işləri yerinə yetirilib.

Yusif Xankişi oğlu Kərimov (1925-1995)

Yusif Xankişi oğlu Kərimov əmək fəaliyyətinə dənizdə qazmaçı köməkçisi kimi başlamaqla, qazmaçı, qazıma ustası kimi müxtəlif vəzifələrdə ''Neft Daşları'', ''Kürgən-dəniz'', ''Qum adası-dəniz'', ''Cənub'' və s. yataqların kəşf olunmasında fəal iştirak edib. Bu xidmətlərinə görə o Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, Lenin Ordeni və ''Şərəf Nişanı'' ordeni (2 dəfə) ilə təltif edilib. 1960-cı ildən Bakı arxipelaqı yataqlarında qazma işləri aparan müəssisəyə rəhbərlik edərkən nəinki təcrübəli qazma işləri bilicisi, həmçinin bacarıqlı təsərrüfatçılıq və təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirib.

Neftçi Qurban (1926-1994)

Xalq arasında ''Neftçi Qurban'' adı ilə məşhur olan Qurban Abbasqulu oqlu Abbasov 9 dəzgahı olan sahəyə rəis təyin olunub, həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. O, açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. ''Şelf-1'' tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində xüsusi xidmətləri olub. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilib, Kaveroçkin adına (indiki ''Çıraq'' yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaradıb. Q.A. Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılıb, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmıb. ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' və s. iri yataqların kəşf edilməsində onun xidmətləri misilsiz olub.

Cümşüd Qulu oğlu İbrahimov (1929-1988)

''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' kimi yataqlarının kəşf olunmasında C.Q. İbrahimovun rolu böyük olub.

İsrafil Sami oğlu Hüseynov (1931-1986)

İ. Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq, 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil verib (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil edib. Bu maili qazımada Avropa rekordu idi. İ. Hüseynovun briqadasının yenilikçi qazımaçıları ilk dəfə olaraq qazıma işində boru-sütun boru baltasının mexaniki tutucusunu, müxtəlif tipli mexaniki açarların və s. sınanılmasını və praktikaya tətbiq edilməsini həyata keçirib, qazıma nasosunu hərəkətə gətirmək üçün - 10 güc aqreqatından istifadə edərək dizellərin verilən rejimdə avtomatik işləməsini təmin etməklə yanaşı, dizel yağına qənaət etməyə və istehsalatın inkişaf səviyyəsiniyüksəltməyə nail olub. Xəzərdə yeni neft rayonunun mənimsənilməsi görkəmli qazma ustasının adı ilə bağlıdır.

Əli Cabbar oğlu Əmirov (1915-1979)

1950-ci illərdə Azərbaycan neft-qaz hasilatı azalmağa başlandığı dövrdə Əli Əmirovun şəxsi iştirakı ilə ''Qum adası'' neft-qaz yatağının mənimsənilməsini başlanılıb. Yataqda anomal yüksək təzyiq lay təzyiqi olduğuna görə mənimsənilməsi mümkün olmayan 5 saylı quyu, Əli Əmirovun rəhbərliyi ilə işə salınıb. Quyu yüksək qaz və qaz kondensatı ilə işləməklə ''Qum adası'' yatağının kəşfininin əsasını qoyub. Məhz bu kəşflə Azərbaycan neft sənayesinin yenidən dirçəlişi başlanıb. Sonralar ''Bahar'', ''Səngəçal'', ''Duvanı-dəniz'', ''Bulla-dəniz'' və s. Neft-qaz yataqlarının istismara verilməsi, Azərbaycan neft sənayesini yüksək zirvələrə qaldırıb, bu işdə də Əli Əmirovun xüsusi xidmətləri olub.

Qaraş İbrahim oğlu Əmirov (1926-1973)

1957-ci ildə «Kürovdağ», «Mişovdağ», «Qarabağlı», «Kursəngi» və başqa bu kimi iri neft yataqları bilavasitə Qaraş Əmirovun iştirakı ilə kəşf edilib. Qaraş Əmirov öz briqadası ilə birlikdə, 10 il ərzində 44 quyu qazıb ki, bunun da ümumi dərinliyi 113.350 metr olub. Bu isə hər bir dəzgahla ayda 1000 metrdən çox quyu qazılmacı deməkdir. Həmin nəticə isə rekord göstərici sayılırdı. Məhz belə qəhrəmanlıq və gərgin əmək nəticəsində respublikanın Şirvan zonasında xam neft istehsalı artıb. Azərbaycanda istehsal edilən neftin üçdə biri Şirvanın payına düşürdü.

Rüstəm Əziz oğlu Rüstəmovun (1910-1960)

Məşhur qazıma ustası olub. İliç Buxtasında, dəniz sahələrinin, eləcə də Qum adası və Qaradağda neft və qaz yataqlarının mənimsənilməsi onun adı ilə bağlıdır. Onun briqadası ölkədə ilk dəfə olaraq, mürəkkəb geoloji şəraitdə quyuların qazılması üçün ağır qazıma borularından istifadə edib və qazmanın sürətini artırmağa nail olub.

 

Vüsal Qarayev






20 Sentyabr, 2014  06:10 Baxılıb: 1647 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner