Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bölgələrdə dinlərarası separatçılıq halları var” – Teoloq

“Azərbaycanda tolerantlığın təbliği istiqamətində xeyli işlər görülür. Təşkil edilən müxtəlif seminarlar, maarifləndirmə işləri və sosial xarakterli tədbirlərlə yanaşı dini qarşıdurmaları yaratmağa cəhd göstərənlər də az deyil. Bu yalnız məzhəblərarası yox, həm də dinlərarası münasibətlərdə özünü göstərir”.

Bunu Simsar.az-a açıqlamasında Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru Elmin Əliyev deyib.

Ounun sözlərinə görə, qarşıdurma yaradanlar bunu xarici qüvvələrin təsiri ilə gerçəkləşdirirlər: “Ancaq bütün hallarda bu kimi vəziyyətlərin qarşısı alınır. Dinlərarası separatçılıq özünü daha çox bölgələrdə göstərir. Azərbaycanın müəyyən bölgələrində xarici qüvvələrin təsiri altında olan insanlar yaşayır. Suriyaya gedən, müəyyən terrorist qruplarla birgə fəaliyyət göstərənlər təəssüf ki, var. Məsələn, elə cənub bölgəsində xarici ölkələrin təsiri ilə mövcud durumu dəyişdirməyə, ortalığı qarışdırmağa can atırlar”.

Dini qarşıdurmaların yaranmaması üçün aparılan işlərdən danışan Elmin Əliyev qeyd edib ki, tolerantlığın nə olduğu barədə əvvəlcə dindarlar məlumatlandırılmalıdırlar:

“Tolerantlıq, əslində dini dəyişdirmə deyil, qarşı tərəfin varlığını qəbul edərək onun inanclarına hörmət etmə, cəmiyyətin normal inkişafı üçün bütün dinlərə hörmətlə yanaşmalıdır. Biz bunu dindarlar arasında təbliğ edirik. Çünki dindarlar vətəndaşlarla daha çox ünsiyyətdə olurlar. Bu işlər artan xətt üzrə davam edir. İşimiz sadəcə maarifləndirmədən ibarət deyil. Mərkəz olaraq dini icmaların birgə tolerantlıq şəbəkəsini yaradaraq onları müəyyən texniki avadanlıqlarla təmin etmişik  Hazırda Quba, Qusar, Zaqatala, Cəlilabad, Beyləqan və digər bölgələrin dindarlarından ibarət 20 belə icma var. Ancaq bu sayı artırmağı düşünürük”.

Ülviyyə Cövdətqızı







19 Sentyabr, 2014  16:50 Baxılıb: 618 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner