Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanda Türkiyə hərbi bazaları yerləşdirilə bilər – QABİL HÜSEYNLİ

“Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi və iki ölkə arasında hərbi sazişin imzalanması məsələsi gündəmə gələ bilər”.

Bunu Simsar.az-a politoloq Qabil Hüseynli Türkiyə Baş naziri Əhməd Davudoğlunun Bakı səfərinin detallarını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan geniş miqyaslı təlim keçirəcək. Həmin təlimlərə Türkiyə Hava Qüvvələrinin 30-a yaxın qırıcı təyyarəsi və helekopteri cəlb olunub: “Bu fürsətdən istifadə olunsa, Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi və iki ölkə arasında hərbi sazişin imzalanması məsələsi gündəmə gələ bilər”.

“Türkiyənin baş naziri Əhməd Davudoğlu, Bakı neft kontraktının bağlanmasının 20 illiyinə həsr olunacaq mərasimdə iştirak etmək üçün gəlib. Amma eyni zamanda Azərbaycanla Türkiyə arasında müəyyən məsələlər, xüsusilə hərbi və iqtisadi məsələlər müzakirə oluncaq. Yəqin ki, Trans-Anatolian Gas Pipeline (TANAP) layihəsinin açlış mərasimi reallaşacaq” – Q.Hüseynli belə deyib.

O, həmçinin Türkmən qazının xəzərin dibindən keçməklə Azərbaycan qazına birləşdilirməsi və Avropa bazarına çıxarılması məsələlələrinin də müzakirə mövzusu olacağını söyləyib: “Çox sayda iqtisadi məsələlər var ki, onlara da bu səfər zamanı toxunulacaq. Güman edirəm ki, bu səfər olduqca əhəmiyyətlidir”.

Hüseyn İbadlı







19 Sentyabr, 2014  14:30 Baxılıb: 834 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner