Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Əmək Müfəttişliyi tikinti obyektlərində qanunsuzluq aşkarladı

“Təhlükəsiz iş həftəsi” çərçivəsində “Alpina” MMC və “Qaraçay” MMC-yə məxsus tikinti obyektlərində əmək qanunvericiliyi pozulub

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması məqsədilə bu gün, növbəti yoxlamalar aparılıb.

Simsar.az xəbər verir ki, yoxlamalar zamanı “Alpina” MMC və “Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan işçilərin, onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub. Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar. Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən, qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.

Aşkar edilən hüquq pozuntularına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.

Qeyd edək ki, sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi”nin elan edilib. Bu isə ayrı-ayrı iş yerlərində, o cümlədən tikinti sektorunda əməyin mühafizəsi qaydalarına əməl olunması sahəsində, hələ də mövcud olan nöqsanların aradan qaldırılmasına yönəlib. Həftə çərçivəsində DƏMX aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması üçün yoxlamalar aparır.

İşçilərin əməyinin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu, onların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin olduğu iş yerlərində işlər, təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılır.

Vüsal Qarayev

 






19 Sentyabr, 2014  14:26 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner