Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yararsız məhsul satan mağazalar açıqlandı - Siyahı

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.

Xidmətin rəsmi internet saytına istinadən Simsar.az xəbər verir ki, monitorinqlər zamanı bir çox qanun pozuntuları aşkarlanıb.

Monitorinqlərin nəticələrini təqdim edirik:

Xızı rayonunda

- Şurabad qəsəbəsində Mahirə Şəfiyevaya məxsus mağazada;

Xaçmaz şəhərində

- C.Cabbarlı küçəsində Rakif Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda

- A.M.Şərifzadə küçəsi, ev 130 ünvanında Samir Həsənova məxsus mağazada;

Binəqədi rayonunda

- M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 1 ünvanında Əfət Nəcəfova məxsus mağazada;

Xətai rayonunda

- M.Hadi küçəsi, 2945-ci məhəllədə Ülviyyə Bağırovaya məxsus mağazada;

- General Şıxlinski küçəsi, ev 1A ünvanında Cabbar Əhmədova məxsus mağazada;

- Aşıq Ələsgər küçəsi, 2946-cı məhəllədə Yelmar Hüseynova məxsus mağazada;

Abşeron rayonunda

- Ruhəngiz Məmmədovaya məxsus mağazada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda

- M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 17 ünvanında Seymur Məmmədyarova məxsus mağazada;

Gəncə şəhərində

- P.Səmədov küçəsində Samir Mustafayevə məxsus mağazada;

Beyləqan şəhərində

- S.Qazıyeva küçəsində Əbdüləli Nərimanova məxsus mağazada;

- A.Ələkbərov küçəsində Vüqar Davudova məxsus mağazada;

Neftçala şəhərində

- S.Bayramov küçəsində Gülağa Əliyevə məxsus mağazada;

Qusar şəhərində

- Könül Balaqadaşovaya məxsus mağazada;

Ağsu şəhərində

- M.V.Vidadi küçəsində Dürdanə Xanalıyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılar istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.

Vüsal Qarayev







19 Sentyabr, 2014  12:42 Baxılıb: 854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner