Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Haradan gəldiyini unutma...

(Millət vəkili Qənirə Paşayevadan kiçik bir yazı)

Hardan gəldiyini unutmayanlara....

Hardan gəldiyini unudanlara....

Sultan Mahmudun Ayaz adlı bir köləsi varmış. Köləni  onun nəcib keyfiyyətlərindən dolayı çox sevən Sultan Mah-mud ona hər zaman fərqli münasibət göstərərmiş. Bu kölə sultanın etimadını o qədər qazanmışdı ki, bütün sultanlığın  xəzinədarı təyin edilmiş və ən qiymətli, zərif ləl-cəvahirat-lar, daşlar ona əmanət edilmişdi. Bəzi saray əyanları ona  paxıllıq edərək bundan çox narahat olmuşdular. Həsədləri və paxıllıqları üzündən sadə bir köləyə belə bir mövqenin verilməsini, onların rütbələrinə qədər çıxarılmasını heç cür həzm edə bilmirdilər. Bu duyğular içində, özəlliklə sultanın yanında ondan gün keçdikcə daha çox şikayət etməyə, zadə-gan ruhlu kölənin etibarını zədələmək üçün əllərindən gələni etməyə başlayırlar.

Bir gün sultan hüzurunda bir saray əyanın digər saray  əyanı ilə bu cür danışdığını duymuş: “Kölə Ayazın tez-tez  xəzinəyə girdiyini bilirsinizmi? Əslində hər gün gedir, hətta  iznli günlərində belə gedib orada saatlarla qalır. Onun ləl-cə-vahiratlarımızı oğurladığından adım kimi əminəm.”

Sultan qulaqlarına inanmır. “İşin əslini öz gözlərimlə gör-məliyəm”, - deyir. Xəzinə dairəsinə gedib Ayazı gözləyir. Divarda kiçik bir dəlik açdırıb içəridə olanları seyr etməyə  başlayır.Bir az keçmiş kölənin səssizcə içəri girdiyini, qapını  bağladığını və sandığa tərəf getdiyini görür. Kölə Ayaz sandığın önündə diz çökür, qapağı yavaşca qaldırır və içindən  bir şey çıxarır. Orada saxladığı kiçik bir boxça imiş. Boxçanı öpür, alnına qoyur və sonra da açır. Kölə ikən geydiyi  yırtıq bir paltarı boxçadan çıxarır. Saray əyanı paltarlarını soyunub həmin paltarı geyinir və sonra güzgünün qarşısına  keçib, öz-özünə “Daha öncələr bu paltarı geydiyin zamanlar  kim olduğunu xatırlayırsanmı?”, - deyə soruşur. “Bir heçdin sən. Sadəcə satılacaq bir köləydin və Allah sultanın əliylə  sənə rəhmətindən bəlkə də heç haqq etmədiyin nemətləri  sənə lütf etdi. Bax, Ayaz, indi burdasan, amma əsla hardan gəldiyini unutma. Çünki mal-mülk insanın hafizəsini zəif-lədir, unutqanlıqlara sürükləyirr. İndi sən də səndən maddi  baxımından səndən aşağı olanlara , kasıblara yuxarıdan aşağı, kibirlə baxma və daima xatırla - Ayaz, xatırla...”

Ayaz sandığı örtüb, qıfıllayır və səssizcə qapıya doğru  gedir. Xəzinə dairəsindən çıxarkən birdən sultanla üz-üzə gəlir. Ayazın üzünə baxan sultanın yanaqlarından aşağı yaş-lar süzülürmüş və boğazı elə düyünlənibmiş ki, danışmaqda  çətinlik çəkirmiş: “Bu günə qədər ləl-cəvahiratlarımın xə-zinədarəydın, amma indi qəlbimin xəzinədarısan. Sən mənə  önündə bir heç olduğum öz Sultanımın hüzurunda necə dav-ranmalı olduğumun dərsini verdin...”

Hər kəsin dərs çıxarmalı olduğu maraqlı həyat hekayəsidir...

Hardan gəldiyimizi unutmamalıyıq...

Hara gedəcəyimizi də...

İnsan ola bilmək, insan kimi yaşaya bilmək və insan kimi  ölə bilmək üçün...







19 Sentyabr, 2014  08:57 Baxılıb: 1679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner