Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Şotlandiyada səsvermə bitdi - “YOX” üstündür

Böyük Britaniya təbəəsi olan Şotlandiyada ölkənin və millətin taleyini müəyyən edəcək referendumun səsvermə mərhələsi yekunlaşıb.

Simsar.az-ın məlumatına görə, artıq 32 bölgədən 18-ində səslərin hesablaması prosesi yekunlaşıb. Birləşmiş Krallıqdan ayrılmaq istəməyənlərin faizi yüzdə 55, müstəqillik tərəfdarlarının isə yüzdə 45-dir.

Hazırda səslərin hesablanması davam edir. Məlum olan ilkin nəticələrə görə, Şotland İslands, Renfrevşire, Midlothian, Şərqi Othian ve Stirlinq bölgələrindən “yox”, Dundee və Qərbi Dunbartonşire bölgələrindən isə “hə” qərarı çıxıb.

Səslərin nəticələri ilk olaraq Klakmannanşire də açıqlanıb. Burda seçicilərin yüzdə 46-sı “hə” səsi verərkən, yüzdə 54-ü “yox” deyib. Şəhərlərdə seçicilərin 89 faizi səsvermə hüququndan istifadə edib.

Ümumilikdə bu gün bütün nəticələrin açıqlanması güzlənilir. Edinburq ve Qlasqov kimi böyük şəhərlərdəki nəticələr isə axşam saatlarında açıqlana bilər.

Baş nazir və kraliça xalqa səslənəcək

Referendumdan sonra, nəticənin nə olmasından asılı olmayaraq, İngiltərə baş naziri David Kameron TV ilə xalqa müraciət edəcək. Axşam saatlarında Kraliça II   Yelizavetanın da referendumla bağlı yazılı açıqlama verməsi gözlənilir.

Referendumda həbs edilənlər də oldu

Şotlandiyada referendum demək olar ki, insidentsiz keçib. Sadəcə polis bəzi seçki dairələrinin divarına hədələyici şüarlar yazan bir nəfəri həbs edib.

Həbs edilən digər bir nəfər isə 67 yaşlı keçmiş bələdiyyə işçisi Mari Rimmer olub. M. Rimmer səsvermə zamanı bir qadına hücum edərək ona sandıq başında fiziki güc tətbiq edib.

Səslərin sayılması prosesi bitdikdən sonra Mərkəzi Seçki Komissiyası nəticələri açıqlayacaq.

Vüsal Qarayev







19 Sentyabr, 2014  08:53 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner