Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bu gün bir cütlüyümüz işə küsülü getdi” - Aydın Mirzəzadə

Milli Məcliisn deputatı Aydın Mirzəzadə ailə münasibətləri zəmnində olan maraqlı müşahidələrini açıqlayıb.

Simsar.az xəbər verir ki, fikirlərini “Facebook” səhifəsinə yazan deputat deyib: “Yaşadığım binanın qarşsından böyük bir yol keçir. Pəncərəmiz düz o yola baxır, vaxt olanda oradan küçəyə, keçən insanlara, şütüyən maşınlara baxmağı çox sevirəm. İndicə yoldan cavan bir cütlük keçdi. Daha doğrusu xeyli onları müşahidə etdim. Deyəsən evdən mübahisə edib çıxmışdılar. Bir-biri ilə danışmırdılar. Gah oğlan qabaqda gedirdi, gah da qız saymazyana oğlanın yanında addımlayırdı. Ola bilsin oğlan qızı çoxdandı anasıgilə aparmayıb, ola bilsin nəyisə qadağan edir, ola bilsin hansısa müğənni üstündə fikirləri düz gəlməyib. Hər halda qızın xətrinə dəiyilib və qız yerişində bunu bildirirdi. Ancaq bununla belə oğlan əlində yüklü setkanı aparırdı, hərdən dönüb qızdan nə isə soruşurdu (o ağızucu cavab verirdi), maşın gələndə isə oğlan ehtiyatla qızı kənara çəkirdi. Qız isə israrla oğlanından küsdüyünü bildirirdi. Ancaq inanıram ki, küsülülük çox çəkməyəcək. Ya oğlan günorta qıza zəng edərək axşamı kafedə keçirməyi təklif edəcək, ya da qızın yadına düşəcək ki, ütülədiyi köynəyi şkafın başqa gözünə qoyub. Və oğlana zəng edərək “səndən barışmamışam, ancaq köynəyin şkafın başqa gözündədir” deyəcək. Bu gün bir cütlüyümüz işə küsülü getdi. Eybi yoxdur, əsas odur ki, evdən birgə çıxdılar və bir-birnə lazım olduqlarını dərk edirlər”.







19 Sentyabr, 2014  08:28 Baxılıb: 741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner