Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Hakan Şükür Ərdoğanı təhdid etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Sənayeçi və İş adamları Dərnəyi Baş Məsləhət Komitəsinin iclasında ad çəkmədən Gülən tərəfdarlarına söz atıb.

Simsar.az-ın məlumatına görə, müflisləşmə üzrə olan Bank Asya üçün yardım kampaniyasına işarə vuran Ərdoğan bildirib ki, yardım kampaniyalarının heç bir mənası olmayacaq, o bank artıq müflis olub.

Ərdoğanın bu sözlərinə hakim Ədalət və İnkişaf partiyasından millət vəkili olmuş, daha sonra istefa vermiş Hakan Şükür sərt reaksiya verib.

Prezidenti təhdid edən Hakan Şükür twitter-də bunları yazıb:

“Bank Asyanı deyil, kirli pulları yığdığınız bankları gündəmə gətirin. ABŞ dövlət katibi Con Kerrinin “İŞİD-in nefti Türkiyədə satılır” ifadəsinə cavab verin. Terrorçuları kimlər dəstəkləyir? Buna kim cavab verəcək”.

Qeyd edək ki, hakan Şükür AKP-dən millət vəkli seçilmişdi. Lakin ötən il dekabrın dekabrın 17-də “Böyük rüşvət” əməliyyatından sonra partiyadan istefa vermişdi.






19 Sentyabr, 2014  00:54 Baxılıb: 773 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner