Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Şotlandiya - Neft səltənəti

Bu gün 1707-ci ildən Böyük Britaniyanın tərkibində yaşayan şotlandlar, müstəqil olub-olmayacaqlarına dair  qərar verirlər. Şotlandiyada müstəqillik referendumu keçirilən ərəfədə əsas diqqət mərkəzində olan məsələ isə neft yataqlarıdır.

Hələ 1305-ci ildə İngiltərə kralı I Edvard tərəfindən edam etdirilən, Şotlandiyanın azadlıq mübarizəsinin qəhrəmanı Villiam Vallasenin edamdan öncə son sözü “Azadlıq” olmuşdu. Villiamın arzusu yüz illər sonra həyta keçəcəkmi, yoxsa şotlandları yenə də İngilislərmi idarə edəcək, bunun cavabı bu gün bilinəcək.

Müstəqillik yolunda şotlandların əsas kozuru neftdir. 1600-cı illərdə kəşf edilən neft və qaz ehtiyyatlarının əsas hissəsi Şotlandiyanın şimal və qərbindəki Şimal dənizindədir.

Əgər referendum Şotlandiyanın müstəqilliyini dəstəkləyərsə, Krallığın neft ehtiyyatlarının yüzdə 90-ı, qazının isə yüzdə 47-si şotlandların əlində qalacaq. Birləşmiş Krallıq, 2013-cü ildə Şimal dənizindən gündə 800 min barel neft çıxarmışdı.

Birləşmiş Krallıq, Şimal dənizindəki neft-qaz yataqlarından ildə 10 milyard dollar vergi gəliri əldə edir. Bu yataqların 84 faizi isə Şotlandiyanın payına düşür. Bu bölgədə hazırda 24 milyard barel neft ehtiyyatı olduğu və bunun da 30-40 il çıxarılmağa davam edəcəyi təxmin edilir. Bu qədər neft ehtiyyatına sahib Şotlandiyaya Böyük Britaniyaya bağlı olduğu üçün yalnız yüzdə 10-15 pay düşür. Mütəqil olarsa ölkənin gəliri xeyli artacaq. Hazırda adam başına düşən gəlirə görə dünyada 23-cü olan Şotlandiyanın müstəqil olarsa Almaniyanı keçərək 15-ci yerə yüksələcəyi bildirilir.

Şotlandiya hökuməti, Şimal dənizində qarşıdan gələn 5 ildə illik 64 milyard avro gəlir və təxminən 1.19 trilyon avro dəyərində ehtiyyat olduğunu bildirir.

1964-cü ildən bəri isı bölgədən təxminən 42 milyard barel neft çıxarılıb. Elə məhz bütün bu göstəricilər şotlandları müstəqilliyə ruhlandıran amillərdir. Şotlandiya hökumət bildirir ki, 2013-cü ildə Birləşmiş Krallığın 43 milyon tonluq neft istehsalının 40 milyon tonu, 32 milyon ton qaz istehsalının isə 16 milyon tonu Şotlandiya tərəfindən təmin edilib.

Vüsal Qarayev






18 Sentyabr, 2014  15:59 Baxılıb: 1171 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner