Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq rejissor laboratoriyası keçiriləcək

Sentyabr ayının 18-23-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası keçiriləcək.

Simsar.az xəbər verir ki, 4 gün davam edəcək laboratoriya sentyabr ayının 19-dan start götürəcək və  gün ərzində fasilələrlə 10.30dan –16.00-dək  Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Laboratoriyada iştirak edəcək rejissorlar  R.Ağayevin “Bir gecənin nağılı” (19 sentyabr, Gənc Tamaşaçılar Teatrı), İ.Əfəndiyevin “Büllur sarayda” (20 sentyabr, Rus Dram Teatrı), H.Cavidin “Əmir Teymur” (21 sentyabr, Akademik Milli Dram Teatrı) və L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) (22 sentyabr, Gənc Tamaşaçılar Teatrı) tamaşalarını izləyəcək və müzakirələr aparacaqlar.

Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçiriləcək rejissor  laboratoriyası çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Teatr Akademiyasının səhnə hərəkəti və plastika kafedrasının müdiri, professor Aydar Zakirovun başçılığı ilə səhnə döyüşləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Günel







18 Sentyabr, 2014  15:16 Baxılıb: 1067 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner