Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəhid zabitimizə həsr olunmuş kitab təqdimatı - FOTOSESSİYA

Bu gün Bakıda Azərbaycan Silahlı Qüvvələrinin zabiti, şəhid İlqar Verdiyevə həsr olunmuş «Son zəng, son döyüş, son təbəssüm» adlı kitabın təqdimatı olub.

APA-nın məlumatına görə, təqdimat mərasiminə şəhid zabitin ailə üzvləri, ictimaiyyət və media nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik Ramiz Məlikov şəhid İ.Verdiyevin həyat yolu, onunla tanışlığı və şəhidin Müdafiə Nazirliyinin mətbuat xidmətində fəaliyyətindən danışıb. İ.Verdiyevin vətəninə, millətinə bağlı savadlı zabitlərdən olduğunu deyən R.Məlikov kitabda yazılanların onun haqqında geniş təsəvvür yaratdığını bildirib: «İlqar cəbhədə olarkən öz zabit yoldaşını xilas etmək üçün canından keçdi. Bu kitabın şəhidlik salnaməmizdə öz yeri olacaq. Düşünürəm ki, Azərbaycan ədəbiyyatında qəhrəmanlara həsr olunmuş bu tip şəhidnamələr yazılmalıdır».

Azərbaycanın Ermənistanla müharibəsinin qabaqda olduğunu deyən R.Məlikov növbəti savaşın Azərbaycanın qələbəsi ilə başa çatacağına əminliyini vurğulayıb: «Buna görə də biz şəhid verməyə hazır olmalıyıq. Şəhid verməyə hazır olan millətlər daim yaşayacaq».

Şəhid zabitin atası Tapdıq Verdiyev İ.Verdiyevin həyat yolundan danışıb. O, övladının hələ uşaq yaşlarından hərbçi olmağı arzuladığını, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunduğunu, sonra isə təhsilini Türkiyə Quru Qoşunları Məktəbində davam etdirdiyini bildirib. T.Verdiyev ölümündən sonra İ.Verdiyevi «Hərbi xidmətlərə görə» medalı ilə təltif etdiyinə görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə edib: «İlqarın arzularından biri torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək idi. Ümid edirəm ki, bu arzular reallaşacaq və bayrağımız işğal altındakı ərazilərimizdə dalğalanacaq. O zaman bütün şəhidlərimizin ruhu da sevinmiş olacaq».

Müəllif Nəcibə İlkin İ.Verdiyev haqqında kitabın hazırlanmasından danışıb. Daha sonra çıxış edən şəhidin anası Rəna Verdiyeva, jurnalistlər və digər qonaqlar İ.Verdiyev haqqında xatirələrini bölüşüblər. Tədbirdə şəhidin adının əbədiləşdirilməsi və onun haqqında hazırlanmış kitabın məktəblərə, hərbi hissələrə göndərilməsinin vacibliyi vurğulanıb.

Sonda şəhid zabitin cəbhə bölgəsində xidmət edərkən özünün hazırladığı video-rolik nümayiş etdirilib.






18 Sentyabr, 2014  15:10 Baxılıb: 1072 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner