Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir: “Sosial xidmətləri QHT-lər həyata keçirməlidir”

“Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) həyata keçirdiyi bəzi funksiyaları qeyri-hökumət təşkilatları gerçəkləşdirə bilər. Nazirlik isə özünün dövlət qulluqçuları vasitəsilə sosial xidmətlərin monitorinqini aparmalı bir növ sifarişçi rolunda çıxış etməlidir”.

Simsar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, bu gün Dövlət Sosial təminat Xidmətində 3003 nəfər işçi fəaliyyət götərir. “Lakin, bu işçilərin 1800-dən çoxu sosial xidmət sahəsində çalışanlardır. Onlar dövlət işçisi sayılmırlar. Sadəcə nazirliyin işçisi kimi yerlərdə ayrı-ayrı kimsəsiz şəxslərə, əlillərə, qocalara, aztəminatlı uşaqlı ailələrə, xidmət göstərirlər”.

“Bu doğru praktika deyil. Sosial Xidmətlərin göstərilməsi Qeyri Hökumət Təşkilatlarına verilməlidir. Nazirlik isə bunun üçün sifariş verməlidir. Mərkəzdə olacaq 3-4 nəfərlik sektor vasitəsilə verilən sifarişin yerinə yetirilməsinə nəzarəti həyat keçirməlidir. Hazırda biz qanunvericiliyə və struktura dəyişiklik edilməsi barədə düşünürük”, - S.Müslümov belə deyib.

Aysel Kərimova








17 Sentyabr, 2014  11:38 Baxılıb: 2082 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner