Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rumıniyada 30-cu SOCAR məntəqəsi

“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi və “Neftçilər Günü” ərəfəsində ARDNŞ-nin Rumıniya nümayəndəliyi bu ölkədə sayca 30-cu yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verəcək.


“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Trend-ə nümayəndəliyin rəhbəri Həmzə Kərimov məlumat verib.

Direktor bildirb ki, yeni açılacaq YDM Rumıniyanın qərb regionunda SOCAR-ın növbəti investisiyası olacaq: “Rumıniya ərazisində "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin şəbəkəsi ilbəil genişlənir. SOCAR Rumıniya bazarına 2011-ci ildə daxil olub. Qısa zaman ərzində Rumıniyanın 11 regionunda SOCAR brendi altında 29 yanacaqdoldurma məntəqəsi müştərilərin ixtiyarına verilib və burada 400-ə yaxın insan işlə təmin olunub. Qarşıya qoyulan əsas məqsədlərdən biri də Rumıniyanın bütün regionlarını əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaq və beləliklə bazarın 10%-nə sahib olmaqdır".

Xatırladaq ki, artıq Azərbaycanın 3 rəngli bayrağı paytaxt Buxarestdə də dalğalanır. Bu ilin fevralında Buxarestdə "SOCAR" brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. YDM-lərdən istifadə edən müştərilə “Nar” kafedən ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Nümayəndəliyini rəhbəri onu da bildirib ki, cari ilin ilk 6 ayı ərzində SOCAR Rumıniyada xarici investorlar arasında ilk sırada qərarlaşıb.

Rumıniya Ticarət Qeydiyyat İdarəsinin məlumatına görə, 2014-cü ilin birinci yarısında Rumıniyaya xarici investorlar tərəfindən 1,5 milyard avro sərmayə yatırılıb. Sevindirici haldır ki, İdarənin yaydığı məlumatda SOCAR Rumıniya nümayəndəliyi 50 böyük xarici investor arasında 3-cü yerdə qərarlaşıb.

 






16 Sentyabr, 2014  20:00 Baxılıb: 967 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner