Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Böyük Millət Məclisinin deputatı: “Azərbaycanda 1130 şəhid verdik”

“Min illik qardaşlığın ifadəsi olan “Bir millət, iki dövlət” fikri Azərbaycanla olan qüvvətli dostluq əlaqəmizin ən gözəl ifadəsidir”.

Simsar.az xəbər verir ki, bunu Türkiyənin Böyük Millət Məclisinin deputatı  Sağlamlıq, ailə, iş və ictimai işlər komissiyasının sədri Necdet Ünüvar deyib.

O bildirib ki, imperialistlərlə ağır mübarizədən sonra işğaldan xilas olan yerlərdən biri də Azəraycanın paytaxtı Bakıdır: “1918-ci ildə yaradılan Qafqaz İslam Ordusu Nuru Paşa komandanlığı altında Osmanlıdan yardım gəldi. May ayında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə çatan ordu, marşrutu üzərindəki şəhərləri bolşevik qoşunları və erməni dəstələrindən təmizləyərək sentyabrın 15-də Bakını xilas etdi. Qafqaz İslam Ordusu bu müharibələrin sonunda Azərbaycanda 1130 şəhid verdi”.

Onun sözlərinə görə, bu il Bakının düşmən işğalından azad edilməsinin 96-cı ildönümünü qeyd edir: “Başda Nuru Paşa və silahdaşları olmaqla bütün şəhid və veteranlarımızı minnətdarlıqla xatırlayır, Uca Allahdan hamısına rəhmət diləyirəm”.

Deputat Türkiyə və Azərbaycan dövlətlərinin qardaşlığının daimi olmasını arzuladığını da qeyd edib.

Hüseyn İbadlı







16 Sentyabr, 2014  17:08 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner