Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Danışıqları yeni səviyyəyə çıxarmağın vaxtı çatıb” - Ceyms Uorlik

“May ayında Karnegi Fondunda ifadə etdiyim 6 prinsip ətrafında razılıq əldə etməyə çalışırıq”

“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları yeni səviyyəyə çıxarmağın vaxtı çatıb. Artıq münaqişəli ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində keçirilən nadir görüşlər kifayət etmir, tərəflərin müstəqil şəkildə müəyyənləşdirəcəyi formatda rəsmi danışıqlara ehtiyac var”.

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda deyib.

C. Uorlik iki ölkə ictimaiyyətinin danışıqların gedişi barədə məlumatlandırılmasını, eləcə də atəşkəs rejiminə əməl olunmasını vacib sayıb. O qeyd edib ki, həmsədrlər prosesin yekun nəticəsini qabaqcadan müəyyən etmək istəmir və problemin həllinə gətirib çıxaracaq danışıqların aparılmasına tərəfdardır. Diplomat bu münaqişənin mürəkkəb bir problem olduğunu anladığını, lakin həll üçün hazırda yaxşı imkan yarandığını söyləyib.

C. Uorlik hesab edir ki, prezidentlərin görüşməsi və danışıqları davam etdirməsi çox vacibdir: “Məsələnin yekun həllinə yalnız dövlət başçıları səviyyəsində nail olmaq mümkündür və buna görə məsuliyyəti də məhz onlar öz üzərinə götürməlidir. Mən başa düşürəm ki, insanlar artıq qıcıqlanır, çünki 20 ildir danışıqlar gedir. Lakin biz hər iki tərəf üçün ağır nəticələr verən müharibənin təkrarlanmasını istəmirik. Danışıqlar asan getmir, buna baxmayaraq, əvvəl dediyim kimi, hazırda bu prosesdə “işıqlı pəncərə” yaranıb”.

C. Uorlik bəyan edib ki həmsədrlər onun may ayında Vaşinqtondakı Karnegi Fondunda səsləndirdiyi 6 prinsip ətrafında razılıq əldə etmək üzərində çalışır. Onun fikrincə, danışıqlarda tərəqqi və uzunmüddətli sülh o zaman əldə oluna bilər ki, münaqişə tərəfləri – erməni və Azərbaycan cəmiyyətləri arasında etimad yaransın.

Amerikalı həmsədr iki həftə sonra Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklərini də nəzərə çatdırıb.(APA)






16 Sentyabr, 2014  16:31 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner