Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ADİU-da ilk “SABAH”çılarla GÖRÜŞ

Sentyabrın 16-də Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarına qəbul olunan tələbələrlə görüş keçirilib.

Tələbələri ilk “SABAH”çılar adını qazanmaqları münasibətilə təbrik edən rektor, gələcək üçün lazım olan ən uğurlu kadr modelinin ADİU-da hazırlanmasında maraqlı olduğunu bildirib.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çıxışında SABAH qruplarının 7 baza ali təhsil müəssisələri arasında ADİU-nun I yerdə dayandığını bildirib. Belə ki, SABAH qruplarına qəbul olunan 738 tələbədən 225 nəfəri təhsillərini davam etdirmək üçün ADİU-nu seçiblər.

Görüşdə bildirlib ki, ADİU-da SABAH qrupları üçün müasir dərs metodlarına cavab verən 10 auditoriya yaradılıb. Dərs otaqlarında quraşdırılmış xüsusi aparatlar vasitəsilə tələbələrin elektron qeydiyyatı aparılacaq. Bununla da tələbələrin dərsə davamiyyəti barmaq izləri ilə yoxlanacaq. Auditoriyaların girişindəki planşetlərdə dərs haqda interaktiv məlumat əldə etmək mümkün olacaq. Bundan başqa, tələbələr dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdə öləkənin ən son iqtisadi xəbərlərini daim izləyə biləcəklər.

SABAH qruplarında təhsil alacaq regionlardan gəlmiş tələbələr yataqxana və gündə üç dəfə olmaqla pulsuz yeməklə təmin olunacaqlar. Bu qruplarda dərs deyəcək müəllimlərin seçimi xüsusi qaydada aparılıb.

Görüşün sonunda tələbələri maraqlandran suallar cavablandırılıb.

Simsar.az






16 Sentyabr, 2014  16:19 Baxılıb: 1712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner